Məni gözəl xatırla!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 238
Səs ver:
(səs: 1)

alt

 

Məni gözəl xatırla

Bunlar son misralar

Fərz et ki, bir külək idim, əsib keçdim həyatından

Ya da bir yağmur, sel oldum çöllərdə

Sonra torpaq çəkdi suyu canına

Yox olub getdim, bəlkə röya idim səninçün

Oyandın və mən bitdim



Məni gözəl xatırla!

Çünki sevdim sənin mən, hər şeyini

Sənə sirdaş oldum, dost oldum

Qoynunda ağladım

Üzünə vurmadım heç bir nöqsanını

Məni üzdün qınamadım

Alışmışdım vəfasızlığa, əl oldun aldırmadım



Məni gözəl xatırla!

Səhifələrcə məktub buraxdım sənə

Şerlər yazdım hər gecə çoxunu oxutmadım

Saxladım günahını, savabını içimdə, səssizcə getdim

Səndən əvvəlkilər kimi səndə başa düşmədin



Məni gözəl xatırla!

Sənə unudulmaz gecələr buraxdım

Sənə ən yorğun sabahlar

Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım

Söylənməmiş Salamlar buraxdım hər küncə

Vidalar buraxdım dayanacaqlara

Nə axtararsan bir sevdanın içində

Artıqlamasıyla buraxdım arxamda



Məni gözəl xatırla!

Dizlərində yuxuya getdiyimi düşün

Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün

Sevincli olduğun anları gətir gözünün önünə

Alnından öptüyüm dəqiqələri

Bir azdan qapını döyəcəyimi düşün

Təəccübləndirməyi sevirəm bilirsən

Buda sənə son surprizim olsun

İndi seninlə yaşanan günləri atəşə verirəm

Məni gözəl xatırla!

Gedirem.


Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür!
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri