Halbuki, mən sənə ovuclarımla baxar, gözlərimlə oxşayardım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 291
Səs ver:
(səs: 1)
Çünki böyüdükcə arzularım kiçildi, təəccüblərim kiçildi, gözləntilərim kiçildi. Böyüdükcə o qədər kiçildim ki, içimdə heç bir şey qalmadı. Böyüməyin bədəli - yarım metr uzandım, yarım kilo kökəldim və dünyadan vaz keçdim.

Gözəl anların içində
Birdənbirə gələn o narahatçılıq hissi…
Bir mənəmi məxsus deyə düşünərəm hər zaman.
Bir mənmi bu qədər qorxuram gözəlliklərdən?
Bir mənmi çəkinirəm doyunca gülməkdən və yaşamaqdan?
Bir mənmi ləkələyirəm xoşbəxtliyi?
Hər zaman maraqlı gəlmişdir mənə,
Bir mənmi?
Yoxsa insanlıq halımı?

"Təzə çayım və təzə yaralarım var. Çox zənginəm"

Bayramda şirni yığan məsum bir uşaq kimi gəlmək istərdim sənə Tanrım.
Ancaq qapı-qapı gəzib qapına gəldim. Əllərim də, qəlbim də şirnilərimdə kirləndi.
Yenə qapını döysəm açıb, bağışladığın şirnidən buyurarmısan?
Tanrım, kirləndim ama gəldim.

Halbuki, mən sənə ovuclarımla baxar, gözlərimlə oxşayardım..
 
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri