Yaşadıqca - itginin nə olduğunu bildim

Şərhlər: 9
Baxılıb: 2 250
Səs ver:
(səs: 5)
Yaşadıqca Gördüm...

Yaşadıqca gördüm,daxili ağrının fiziki ağrıdan üstün olduğunu...
Bu ağrını yaxınlarım mənə yaşatdığımda bildim...

Yaşadıqca gördüm,bacı deyən insanların səni satmasını...
Bacı dediyim biri məni adi bir şeyə dəyişdiyində gördüm...

Yaşadıqca gördüm,dostların vurduğu zərbənin,düşmənin vurduğu zərbədən qat-qat ağır olduğunu...
Canım "Dostumdan" bir gün bu zərbəni aldığımda bildim...

Yaşadıqca- İtginin nə olduğunu bildim...
Bunu mən canım qədər doğma birini itirdiyimdə anladım...

Yaşadıqca gördüm ki,həmişə "Səni Sevirəm" sözü ürəkdən deyilmir...
Bu sözü oyuncaq edən insanları,gördüyümde anladım...

Yaşadıqca gördüm ki,heç də həmişə inandığın insanlar inamını doğrultmur...
Bax "SƏN" inamımı doğrultmağında anladım...

Yaşadıqca bildim ki,gülümsəyən gözlərə inanmaq lazım...
Dodaqları gülümsəyən,gözləri qan ağlayan,Dostum güldüyündə anladım...

Yaşadıqca bildim ki,birinə özündən çox dəyər verməməlisən ya onu itirərsən,ya özünü məhv edersən...
Özümü məhv etdiyimdə anladım...

Yaşadıqca gördüm ki,insanlar sevən və sadiq ürəyə sahib deyil...Xarici gözəlliyi sevirlər...
Ürəyimi deyil,gözəlliyimi seçdiklərində anladım...

Yaşadıqca gördüm ki,dostunun dediyini etməyəndə onu itirə bilərsən...
Yaxın bir dostum qarşıma "şərt" qoyduğunda anladım...

Yaşadıqca gördüm ki,sözdə dostunam-bacınam deyənlər çox...
Çətin anımda ətrafımda 2-3 nəfərin qaldığını gördüyümdə anladım...

Yaşadıqca gördüklərim o qədər çox ki,ağrılı ki...
Artıq yaşamağa belə qorxuram...
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 2 250
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri