Ardından gedirəm məni fərq etmirsən

Şərhlər: 9
Baxılıb: 2 082
Səs ver:
(səs: 6)
Sənə uzaqdan baxıram. Sənə baxmaq inanılmaz xoşbəxt edir məni. Sən gedincə ağılım da sənin arxasından süründürülüb gedir, ürəyim də.. Yanında birimi var, ona bir şeymi söyləyirsən, onunla gülürsənmi.. içim yanır. Amma səndən sonra gördüyüm o insan birdən səndən biri olur. Sənin baxdığın hər yer artıq gözəl, sənin danışdığın hər insan, xüsusi olur.

Sən evinə bu yollardan gedirsən. Ardından gedirəm. Məni fərq etmirsən. Qarşısından keçdiyin evlərə, kölgəsində getdiyin ağaclara, hər gün mindiyin avtobusa baxıram. Sənin gözünlə baxıram. Sən yoxkən də o yollardan dəfələrlə keçirəm. Sənin qoxun, sənin havan, sənin auran sinmiş havaya.. Sanki səni tənəffüs edirəm.

Axşamları nə edərsən görəsən? Süfrəyə oturduğun zaman yanında kimlər var? Hansı yeməyi sevərək yeyərsən, nəyi sevməzsən? Kitab oxucusanmu? Hansı kitabları sevərsən? Nə növ filmlərdən xoşlanarsan? Televiziya izlərsənmi? Gecə küçəyə çıxarsanmı? Yoldaşlarınla ən çox neyə gülərsən? Ən çox kim hirsləndirər səni. .Hansi futbol komandasini izlersən?

Bilməliyəm. Sənin haqqındakı bütün detalları öyrənməliyəm. Çünki mən də o filmlərə gedəcəyəm, mən də o serialları izləyəcəyəm, mən də o yeməkləri sevəcəyəm ya da nifrət edəcəyəm. Bilməliyəm. Başdan quruyuram dünyamı. Səninlə yaşamağa başlayıram.

O qədər kütlənin içində, kompleks həyatın ortasında əgər sən varsansa daha səni görmədən bir quş kimi çırpınmağa başlayır ürəyim. Bir işıq çarpır üzümə, bir istilik gedir sinəmdə. Anlayıram ki sən varsan. Sən ordasan. Sən gəlmisən. Baxmadan, başımı çevirib səni görmədən varlığının fərqindəyəm
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 2 082
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri