Bəlkə də əbədiyyətə kimi susacaqdım

Şərhlər: 3
Baxılıb: 2 094
Səs ver:
(səs: 2)
Elə susdum ki, bəlkə də əbədiyyətə kimi susacaqdım. Çünki susmaq mənim kiçik dünyamda atamla qurduğum ünsiyyət tərzi idi. Atam axşamlar evə yorğun gəlirdi. Mən bütün gün darıxar, evdə sıxılardım. Səbirsizliklə atamı gözləyirdim ki, o gələr oynayarıq. Atam qapıdan içəri girən kimi boynuna sarılır, onu öpürdüm. Atam da məni qucaqlayıb öpər, sonra buraxıb deyərdi ki, "hə, get oyna”. Yemək hazır olanda masaya çağırılar, oturardım. Atam anamla söhbət edirdi, mən də səsimi eşitdirmək üçün qışqırar, müxtəlif səslər çıxarardım. Atam, "bütün gün insanlarla beynim xarab olub, indi də sən başlamısan! Sus, səsin başıma düşür!”, - deyirdi. Anam da, "atan yorğundur, get burdan”, - deyib atamın tərəfində durardı.

Bir gün anladım ki, susanda atam məni daha yaxşı başa düşür. Bu dəfə səssiz oyunlar oynamağa, səssiz məşğuliyyətlər tapmağa başladım. Bilirsiz nə etdim? Rəsm, rəsm çəkməyə başladım. Atam da baxıb, "ay sağ ol, sakit-sakit oyna balam”, - deyirdi. Çox rəsm çəkirdim, bir vaxt başımı qaldırıb hər tərəfi vərəqlər, rəsmlər, rənglər karandaşlar görürdüm, dağınıq şəkildə. Anam acıqlanırdı. Düzü başım rəsmə o qədər qarışırdı ki, otağın dağınıqlığının fərqinə varmırdım. Anam bir gün qəzəblənib, "bu otağın halına bax, bu gündən sənə rəsm çəkməyi qadağan edirəm”, - dedi. Aman Allah, susqunluğumu, danışmamağımı dinclik kimi qiymətləndirən ailəm, indi də rəsm çəkməyi əlimdən alsaydı nə edərdim?! Elə bu fikirlə bir ailə tablosu işlədim. Atam evə gələndə münasib vaxtı gözlədim. Atam oturan kimi çəkdiyim rəsmi ona göstərdim. Atam baxıb, "hmm, qəşəngdir”, - dedi. Əli ilə işarə edib, "bu böyük adam anandır yəqin”, - deyə sual etdi. Mən, "yoo, o böyük adam mənəm, bu uşaq sənsən”, - söylədim. Atam, "a, yoox, bu adam anan, bu qız sən, bu kiçik oğlan da dostundur”, - dedi. Mən yenə, "xeyr ay ata, bu adam mən, balaca qızla oğlan da səninlə anamdır”, - deyə təkrar etdim. Atam dedi ki, "yaxşı, bəs özünü böyük, bizi niyə kiçik çəkmisən?” Mən həyəcanla izah etməyə başladım: mən böyüyüb, böyük adam olacağam. Siz yaşlanıb kiçiləcəksiniz, beliniz büküləcək. Əsgər baba ilə Nargilə nənə kimi balaca olacaqsız. Mən də işdən gələndə yorğun olacam, siz mənimlə danışmaq istəyəndə, iş məni yorduğuna görə sizinlə danışmaq istəməyəcəm. Siz mənə nə isə göstərmək istəyəndə, mən deyəcəm ki, "get otağına, başım şişib”.
Anamla atam məni diqqətlə dinləyirdilər indi, gözləri dikilmişdi mənə. Birdən ikisi də məni elə qucaqladılar ki, elə bil heç buraxmayacaqdılar, həm də sanki indi bu an nə qədər danışsam, məni dinləməyə hazır idilər.

İnsan bəzən bəzi şeylərin fərqində olmalıdır...
Özünün, həyatın, hadisələrin...
Gedişatın fərqində olmalıdır...
Üç günlük dünyadır...
Dünən oldu keçdi, sabah məchuldur...
Elə isə ömür dediyin bir gündür...
O da, bu gündür
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 094
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri