Lütfən anlayın məni!

Şərhlər: 3
Baxılıb: 1 793
Səs ver:
(səs: 0)
İçimdə Ölən biri var..
Lütfən mənə su verin! Yuyum bu sevgini, bu istəyi, bu ehtirası, bu duyğunu, bu hissləri.
Təmizləyimonu çirkablardan,paxıllardan,ara vuranlardan,inamsızlıqdan. 
Mənə su verin yuyum bu əbədi dediyimiz, heç bir zaman bir daha var olmayacaq dediyimiz bu sevgini, Yuyum onun sənin üçün ölərəm deyən kəlimələrini, yuyum onun sən mənim MƏNIMSƏN dediyi sözlərini.

Mənə su verin pak edim onu! Tərtəmiz başlasın yeni dunyaya!
Lütfən mənə ağ kəfən verin! Sarım onu bəyaz kəfənə. Qoruyum onu yeni sevgilərdən, xəyanətlərdən,ayrılıqlardan,Yeni ağ səhifə başlatsın. Hər şey yeni olduğu kimi. Yeni dünyaya gəldiyi kimi.
Olmasın üstündə bir ləkə, bir əl izi, bir iztirab izi.

Lütfən mənə torpaq verin! Basdırım onu əbədiyyətə... bir daha qalxmasın. Bir daha oyanmasın,canlanmasın…
Bir daha görməsin,duymasın,anlamasın, SEVMƏSIN…
Qalsın torpaqlar altında çürüsün, amma anlasın ki, var olub acı çəkməkdənsə yox olub çürüsün..
Mənə torpaq verin onu ən dərinə gömüm, kimsə onun qəbrini bir daha tapmasın deyə.

Kimsə bir daha onu görməsin deyə…
Lütfən mənə gül verin! Düzüm onun qəbri üstə... güllər qədər ömrü oldu onun. Bir qönçə idi qanadları vardı.Bir gül idi o,ətir saçardı hər gün,hər gecə... yox idi tikanları, rahat idi ona Toxunmaq.. amma vermədilər ona lazım olan suyunu,bax o da gül kimi soldu getdi! Töküldü ləçəkləri,töküldü hər bir hissəsi, sevgisi, istəyi…

Lütfən mənə Molla verin! Çıxarsın gunahlarımızı! Gizlincə əl-ələ verib öpüşməyimizi, qucaqlaşaraq ayın batmasını izləməyimizi... ehtiras dolu baxışlarımızı... daim bir-birimizi arzu etməyimizi. Mənə molla verin… dua etsin bağışlansın günahlarımız, bir-birimizdən başqa kimsəni görməzdik, kimsəni tanımazdıq,.. o dünyanı xatırlamazdım. Sadəcə bizim dünyamızın olduğunu bilirdik.
Mənə molla verin.Onun son duasını oxusun. Onu bir daha görməmək ümidi ilə əbədiyyətə göndərək…

Lütfən anlayın məni! 
Içimdə ölən biri var… Içimdə ölən hisslərim var mənim!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 793
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri