Qadınlar sevdiyi kişinin dilindən "Səni sevirəm” sözünü eşitsə də, qarşı tərəfin dərdindən dəli-divanə olduğuna əmin olmaq istəyir.Çünki qadınlar çox çətin varlıqdır, onlar hər şeydən şübhələnir, ağlındaki sualları isə bitmək bilmir. Buna görə də, kişinin təkcəsözlərinə deyil, hərəkətlərinə də fikir vermək lazımdır. Sizin dərdinizdən dəli-divanə olduğu da məhz bundan bilinir. Birinə aşiq olduğumuz zaman özümüz də bilmədən hisslərimizi ifşa edirik.
1. Göz bəbəkləri böyüyür.
Nə qədər klassik işarə olsa da, göz bəbəklərinin böyüməsi aşiq olduğunuzu göstərən mühüm əlamətdir.
2. Qaşlar istəmədən yuxarı qalxır.
Birini görərkən qaşların qeyri-şüuri və ani yuxarı qalxması qarşınızdakı insanı bəyəndiyinizi göstərən işarələrdən biridir.
3. Dişləriniz görünür...
Əgər onu görəndə üzünüzdə təbəssüm yaranırsa və bütün dişləriniz görünürsə, deməli, yanınızdakı insanla xoşbəxtsiniz.
4. Dodaqlarınızı yalayırsınız.
Birini bəyənərkən ağızda xüsusi tüpürcək ifraz olunur. Bunun nəticəsində, insan özündən asılı olmayaraq, dodaqlarını yalayır.
5. Göz təması qururuq.
Aşiq
olan adam qarşı tərəfin gözlərinə baxmağa can atır, lakin ona uzun
müddət baxa bilmədiyi üçün gözlərini qaçırır. Bu, narahatedici olmadığı
ana qədər normaldır.
6.
Kişilər aşiq olduğu adamı görəndə dərindən nəfəs alır. Bu davranışla
eyni anda bədən və çiyinlərini gözə çarpdırır, bununla da, daha gümrah
və cəlbedici olmağa çalışırlar.
7.
Qadınlar bəyəndiyi kişini görərkən saçları və üstündəki bəzək əşyaları
ilə oynayırlar. Nə qədər klassik olsa da, bu, bir həqiqətdir. Hətta ən
qısa saçlı qadınlar belə xoşladığı kişini görəndə özlərindən asılı
olmayaraq, saçlarını səliqəyə salmağa çalışır.
8.
Ətraf qələbəlik olmasa da, söhbət edən zaman bəyəndiyin insana tərəf
yaxınlaşmaq ona olan diqqət və sevginin göstəricisidir. Bundan başqa,
qarşı tərəfə toxunmaq istəyi də sizin ona biganə olmadığınızı göstərir.
9. Danışarkən əlini boynuna aparmaq sevməyin əlaməti ola bilər.
10.
Danışan zaman səsinizin tonu və danışıq tərziniz dəyişirsə, bu, onun
diqqətini çəkməyə çalışdığınızı və ona qarşı hissləriniz olduğunuzu
bildirir.