Səni tərk etməkdir tək diləyim

Şərhlər: 7
Baxılıb: 2 022
Səs ver:
(səs: 3)
Sənin olmaqdır tək peşmanlığım. Səni tərk etməkdir tək diləyim O qədər bezmişəm ki səndən hər gün tanrıya əl açıb dilədiym bir tək arzum var-ilahi al məni bunun əlindən. Qoy dağın olum, daşın olum, hətta cansız əşyaların olum amma bunun olmayım - al məni bunun əlindən. Bu insan etdiyi əməllərlə tək özünü deyil məni də məhv edir. Artıq bezmişəm onda olmaqdan onun qurbanı olmaqdan, etdiyi əməllərə cavabdeh olmaqdan. O bilmir, bilmir ki, etdiyi bu əməllərin cavabını Allah qarşısında mən verəcəm, o isə çürüyüb gedəcək. Allahım onu tərk etmək istəyirəm bütün varlığından çıxıb sənə gəlmək istəyirəm. Ya da başqa bir insanın daxilində yaşamaq istəyirəm, ya da quş olmaq istəyirəm məni bu adama necə qıydın ilahi. Bölünüb yüz tikə, min tikə olsam dərdim də bölünə bəlkə. İlahi al məni sonra yenidən ver. Yenidən gəlsəm bu dünyaya bu adam olmaram özgəsi olaram. Al məni bunun əlindən. Bütün bunlar insan ruhunun şikayətidir əslində. Səni tərk etməkdir tək diləyim Ruhunuzun üsyan etdiyi heç oldumu?
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri