Bax yenə sənsizliyə gəldi cümləm. Bu günlərdə həmişə belədi, nə varsa
hamısı sən. Ehtiyac olur yanımda olmağına, buramda solumda. Harda əl
üstündə əl görsəm, ağlıma sənin əllərin gəlir həmişə. İçimdə də ovuc
içlərindən öpmək arzusu. Belə. Darıxdım əllərinə..
Əda ilə, naz ilə qəlbimə elə bir gəlişin var ki, 'sən soluma, mən
sonuma' deyirəm. Yadından çıxıb 'gül ətirlim', bir də ağlıma gəldikdə
əliboş gəlmə. İki çay süz, qəmzəsi səndən şeiriyyatı məndən olsun..
Və sevməkdəndir biləsən. Hər yağış damlasında, hər əzan sonrasında, hər
namaz arasında yerləşdirilən dua'ların 'ona heçnə olmasın'la
qurtarması.
Lakin hər qədəhdə səni içdim. Adın nə vaxt keçsə 'ehh, o içimdə' dedim.
Mən bir tək sənə sevdiyimi söyləyərkən, sən mənə kimləri sevdiyini
söylədin. Mən bunu bişərəfinə içdim. Sən həmişə məşuq oldun mən isə
aşiq. Bunun bişərəfinə içdim. Məni yoxsul, məni yurdsuz, məni ruhsuz
buraxdın. Bunun da bişərəfinə içdim. Sonra başa düşdüm ki, içdikdə başın
dönər 'gedənlər deyil'..
Hə əzizim bilirəm. O getdikdə, artıq başqa sevgilərə dua etməyə üzün olmaz..
Susma, burax hər kəs sussun sən susma. Onsuz da iki cümləyə sığıb
eşqimiz. Bir də sən hecamdan vurma məni. Sən, hə sən sevgili hərhansı
biri deyilsən ki. Necə unudaram səni..
Olmadı bu. Bir 'şənbəni' yalnızlıq etdim özümə. Çayım və kitabım, onlar
da yalnız. Əllərim ayaqlarım üşüyür, onlar da yalnız. Qış biraz da
bunun üçün var deyəsən. Yalnız yerlərimizi sızıldatmaq üçün..
İndi bir qəribəm bu Gecələrdə. İnsanların iki üzlülüyündən, yalanı doğru
sayan fanilərdən, nəfsinə hakim olmayan bəndələrdən təngə gəlmiş bir
qərib. Cahi cəlalla sevmək varkən, sözlərlə aldadılan yerin tən
ortasından gedirəm. Səhradır buralar sevgili səhra. Nə bir göz bulaq, nə
də bir söz ağac var burda..
Nə etsən içindəki boşluğu doldura bilmərsən. Hansı yolu seçirsən seç,
yenə özünü o boşluqda taparsan. Bir 'bəlkə' də ilişib qalarsan. Halbuki
bir yol deyə 'sevmək' var, yox sənə tərs. Sən niyələrdə boğulub
gedərsən. Eyni ilə dənizdə boğulanlar kimisən, 'xilas edənidə ən dibə
çəkirsən'..