Sevgi çiçəyi

Müəllif: heyatim_menim
Şərhlər: 5
Baxılıb: 2 097
Səs ver:
(səs: 2)
Sevgi-dünyanın ən kiçik bir qum dənəsində,ən əlçatmaz zirvəsindədir.
Sevgi-Rəhmətlə,nurla yağan yağışın damlasından,rən-rəng açan çiçəklərin naxışındadır.
Sevgi-Ayağımızın altındakı torpaqdadır.Həyat üçün ümidlərin torpaqdakı toxumdur
Sevgi-Hicran oxlarının sancılıb qaldığı sevdalı sinələrdən çıxan ahlarda,alovlanan eşqləri daha da atəşləndirən iki damlacıq göz yaşındadır
Səhərləri qucaq-qucaq rəhmət saçan mələklərin qanadında.səcdələrdə gül yanaqlara tökülən inci-inci yaşlardadır
Sevgi-Gülşəni gözəlləşdirən güldə gülaşiqi,çəmənzarlar padişahı bülbüldədir.
Sevgi-Zikr içində Həbibullaha salətu-salam gətirən daşlardadır
Sevgi-Peyğəmbərlər,sultanlar,şəhidlər,alimlər,bəsləyən:cənnətlərlə şərəflənən anaların qucağındadır.Anasının əlindən möhkəm tutaraq nura,işığa-istiqbala yürüyən o məsum baxışlı balacanın baxışıdır.
Sevgi-Əsrlər öncəsi mübarək Hirada Haqqa həbib olma şərəfinə məzhər olan Həbibullahdır.Onları üç günlük müasir saxlayaraq şərəflənən Sevrdə,ona yoldaşlıq edən ikinin ikincisi Hz,Əbu Bəkrdədir
Sevgi-Quranında,azanında,namazında Məkkəyi-mükərrində,canlar canını ağuşunda alaraq şəfqətli bir Ana kimi ona himayə edən Mədineyi-Münəvərdə,yaşlı qübbəti məsudi-Nəbəvidə,Rözeyi-Mütəhardadır
canlar qanı,nəbilər  sultanı HƏZRƏTİ MƏHƏMMƏDDƏDİR
Ağlımızın içindəki balaca bir dünya,qəlbimizin içindəki ağıldadır.
Sevgi-Canımızın tacı olan ruhumuzda,ruhumuzun gedəcəyi o əlçatmaz yolçuluqdadır.
Sevgi-Haqq yoluna baş qoyanların ayağının tozundadır 
LA İLAHƏ İLLƏLLAH deməkdən usanmayan könüllərin gözündədir.
 
P.S:Bu yazıları məndə bir dəftər var və  həmin dəftərdən olan qeydlərdən biridir.birdə onu qeyd etmək isdəyirəm ki, yazılanların hec biri mənə aid deyil.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri