Həqiqətən sevdiyinizi göstərən...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 010
Səs ver:
(səs: 3)
Bəli, sizin üçün daha əvvəl də bu mövzuda bir neçə yazı hazırlamışdıq. Bu dəfə isə sizə sevdiyinizi sübut edən qəribə, bir az yumoristik, yalnız çox real səbəblərdən danışacağıq. Diqqətli olun, əgər bunlardan hər biri və ya demək olar ki, hər biri sizdə də varsa, deməli həqiqətən sevirsiniz.
Beləliklə, həqiqətən sevdiyinizi sübut edən 10 əlamət:
 
1. Kefinizi pozur, lakin dözməyə davam edirsiniz.
Hərdən sizin kefinizi o qədər korlaya bilir ki, onun və hətta bütün dünyanın eşidəcəyi şəkildə: "Sənə nifrət edirəm!!” deyə qışqırmaq istəyirsiniz. Amma əsəbiniz uzun çəkmir, bir az zaman keçir və yenə də onunla danışmaq istəyirsiniz.
 
2. Nə barədə danışmaq əhəmiyyətli deyil
Siz saatlarla söhbət edə bilərsiniz və söhbət əsnasında bir mövzudan digərinə keçirsiniz. Əgər hətta onunla havadan da danışmaq sizi qıcıqlandırmırsa, deməli öz insanınızı tapmısınız.

3. Ona görə həyatınızı daha da çətinləşdirmisiniz
Çətin insanı seçdiyinizi düşünürsünüz, lakin buna məhəl qoymursunuz. Hərdən sizə elə gəlir ki, bütün kainat sizi "sındırmaq” və bu münasibətdən imtina etməyiniz üçün çalışır. Lakin bütün bunlara baxmayaraq, siz heç nəyi dəyişmək istəmirsiniz. Ondan uzaqda yaşamaqdansa, belə olması yaxşıdır. İşdən icazə
alaraq qaçmaq, onun üçün vacib görüşlərinizin vaxtını dəyişmək və daha nələrə hazır olduğunuzu saymağa dəyməz.
 
4. Siz tez-tez özünüzü yada salırsınız
Maraqlı film, yaxşı musiqi, küçədə baş vermiş hər hansı bir mənasız hadisə, başınızın ağrıması, qazandığınız kiçik uğur, üzünü görmədiyiniz uzaq qohumların toyu … – fərqi yoxdur, siz ona zəng etmək və onun yadına özünüzü salmaq üçün hər fürsəti yüksək səviyyədə dəyərləndirisiniz.
 
5. Siz onun yanında özünüzdən utanmırsınız
Bədəniniz və fikirləriniz onun yanında olanda daha azaddır. Bu azadlıqdan geninə-boluna istifadə etməkdən hər zaman həzz alırsınız. Başqalarının yanında etməyə və deməyə utandığınız hər şey öz insanınızın yanında qəbuledilən görünür. Siz yorğun, xəstə və yaxud da əhvalsız olmağınızdan asılı olmayaraq, onun yanında rahat olursunuz. Gözəl və ya yaraşıqlı görünmədiyiniz günlərdə də onunla rahat olacaq qədər öz insanınızı tapmısınız.
 
6. İki dəqiqə kifayətdir
Sizin xüsusi insanınız qəfildən zəng edir və iki dəqiqəlik də olsa hər hansı bir şey barədə danışır. Bu bəzən 30 saniyə də ola bilər, əsas onun səsini eşitməkdir və siz artıq özünüzü daha rahat və xoşbəxt hiss edirsiniz.
 
7. Mütəmadi olaraq bir-birinizin üstünə qışqırırsınız
Sizin münasibətiniz sakit və maraqlı da ola bilər. Amma adətən sevgi böyük olanda, problemlər də böyük olur. Müxtəlif səbəblərdən siz bir-birinizlə dalaşa bilərsiniz. Lakin, bu heç vaxt hörmətsizliklə nəticələnmir və barışmaq üçün də xüsusi enerji sərf etməli olmursunuz. Çünki siz heç küsmürsünüz də!

8. Birlikdə olmaq vaxt itkisi ola bilməz
Elə günlər olur ki, hər ikinizin yataqdan qalxıb, gəzintiyə çıxmağa heç həvəsiniz olmur. Lakin, onun bir sözüylə bütün planlarınızı dəyişə, tezbazar hazırlaşa və qaçaraq yanına gedə bilərsiniz. Çünki, bilirsiniz ki, onunla keçirdiyiniz hər bir an dəyərlidir və bu vaxt itkisi ola bilməz.
 
9. Sizin hər zaman çoxlu sualınız var!
Ona balaca uşaq kimi suallarla hücum edə bilərsiniz. Sualların mahiyyəti əhəmiyyətli deyil. Əsas odur ki, cavablar ondan gəlir və onun xasiyyəti, seçimləri, vərdişləri, gələcək planları və ya sadəcə olaraq bu gün yaşadıqları barədə sizə daha çox məlumat verir. Bir də ona zəng etməyə bəhanə olsun deyə uydurduğunuz suallar var….
 
10. Bir az sanki ondan çəkinirsiniz…..
Sevdiyiniz insanı itirməyin nə qədər ağır olacağını hiss edirsiniz və bu itirmək qorxusu sizdə çəkingənlik hissi yaradır. Məsələ onun yaxşı və ya pis adam olmasında deyil, sadəcə bir gün o gedə bilər. Məhz buna görə də, hərəkətlərinizə və sözlərinizə nəzarət etməyə çalışırsınız.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 010
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri