Sevənlərin davranış mədəniyyəti

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 3 144
Səs ver:
(səs: 2)
Məhəbbət  elə  bir hissdir  ki,  o,  yaşından,  cinsindən  asılı  olmayaraq  hər  kəsin  könül  qapısını  açır. Sizin  aranızda  da  elələri  var  ki,  bu  hiss  artıq  onun  varlığına  kövrəkcəsinə  qədəm  basmışdır. Sən  də  gec-tez  məhəbbəti  xoş  bir  duyğu  kimi  salamlayacaqsan. Budur,  artıq  nəsə  səni  narahat  edir,  gecələr  yuxun  qaçır,  baxışlarını  tavana  zilləyib  fikrə  gedirsən. Yadına  həmin  qız  (oğlan)  düşür. Axı  niyə  onunla  danışanda  səsin  titrəyir,  üzbəüz  gələndə  özünü  itirir,  görməyəndə  darıxırsan?Hərdən  oğrun-oğrun  baxışırsınız,  qəflətən  nəzərləriniz  toqquşur,  yanaqlarınız  xəfifcə  allanır..... Bəlkə  bu  məhəbbətdir?
Əlbəttə,  sevirsən.  Amma  yadında  saxla  ki,  məhəbbətinizin  uğurlu  olması  əsasən  özünüzdən  asılıdır.  Hisslərinizin  möhkəmliyindən,  qarşılıqlı  münasibətlərinizin  xarakterindən  asılıdır.
Yüksək  davranış  mədəniyyətinə  yiyələnmək,  ünsiyyət  prosesində  müəyyən  əxlaq  qaydalarına  əməl  etmək  sevgililərin  bir-birinə  münasibətini  daha  da  yaxşılaşdırır.  Qıza  qarşı  kobudluq  oğlan  üçün  bağışlanılmaz  səhvdir.  Oğlan  başa  düşməlidir  ki,  bu  gün  onunla  eyni  parta  arxasında  oturan  qız  sabah  ər  evində  bir  anadır!
İlk  gənclik  məhəbbətində  hiss  əsas  rol  oynayır,  gənclər  sevgilini  çox  vaxt  gözəl  olduğu  üçün  seçib  bəyənir.  Yetkin  məhəbbətdə  tərəflər  çox  vaxt  ölçüb-biçir,  götür-qoy  edir.Bu  dövrdə  onların  seçicilik  duyumu  və  tənqidi  yanaşma  qabiliyyəti,  məntiqi  təfəkkürü  formalaşır.
Sevənlər  bir-birinə  qarşılıqlı  tərbiyəvi  təsir  göstərirlər. Biri  digərinə  öz  nöqsanını  düzəltməkdə,  çətinlikləri  aradan  qaldırmaqda  lazımi  məsləhət  verir. Bir  sözlə,  oğlan  və  qız  seçdiyi  şəxsin  xatirinə  özünü  təkmilləşdirir.  Buna  görə  də  deyirlər  ki,  məhəbbət  insanı  nəcibləşdirir,  xeyirxah  və  səmimi  edir.Lakin  bəzən  oğlan  və  qız  sevgilisinin  haqlı  iradlarından  nəticə  çıxartmır,  öz  qüsurlarını  aradan  qaldırmaq  istəmir.
Məhəbbətdə  mühüm  cəhətlərdən  biri  öz  hissini qorumağı  bacarmaqdır.  Oğlan  sevgilisi  ilə  küçədə,  kinoteatrda,  nəqliyyatda  və  digər  yerlərdə  müəyyən  həddi,  normanı  gözləməklə  rəftar  etməlidir.  Yersiz hərəkətlərə  yol  verilməməlidir.  Bəzən  parklarda,  dənizkənarı  bulvarda  hamının  gözü  qarşısında  qızla  oğlanın  bir-biri  ilə  qol-boyun  olduğunun  şahidi  olursan.
Əlbəttə,  bir-birinə  həqiqətən  könül  vermiş  gənclər  belə  iş  tutmaz,  pak  və  ülvi  bir  hissi  təhqir  etməzlər.  Lazım  gələn  təqdirdə  oğlan  qızın,  qız  oğlanın  şərəf  və  ləyaqətini  qorumalıdır.  Həqiqi  məhəbbət  əxlaqsızlıqla,  əks  cinsə  hörmətsiz  münasibətlə  bir  araya  sığmır.  O,  « gün  keçrmək »  zövqünə  sığınan  yalançı  məhəbbətdən  əsaslı  fərqlənir.  Həqiqi  məhəbbət  əbədi,  sönməz,  yalançı  məhəbbət  ötəri,  aldadıcı  və  mənafegüdəndir.  Belə  məhəbbətdə  tərəflərdən  biri  digərini  şüurlu  aldadır,  vədlər  verir,  şirin  sözlər  söyləyir.  Qız  yalan  vədlərə  inanır, şirin  sözlərdən  xoşlanır  və  səhv  edir.
Gənclər  münasibətin  mahiyyət  etibarilə  nə  ilə  nəticələnəcəyini  qabaqcadan  təsəvvür  etməyi  bacarmalıdır. Fiziki  yaxınlıq,  xüsusilə  qızlar  üçün  ağır  nəticələr  törədə  bilər. Qızlar  nikah  bağlanana  və  gərdək  qurulanadək  öz  ismətlərini  qorumalıdır.Ər  evinə  qızların  pak  və  alnıaçıq  getməsi,  ailə  həyatının  pozulmaz  qanunu,  gələcək  ailə  təməlinin  mohkəmliyinin  rəmzidir. 
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri