Və qadın hər şeyin fərqindədir əslində...

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 1112
Səs ver:
(səs: 3)
Məni yarımçıq buraxıb başqasını tamamlamağa gedirdi, o.
Qoxusu bulaşmış yorğanlarda boğulurdum, boğurdu məni, o.
(Ali Khayyam)

Hər xatirə bir ölüdür. İndi sən də bir xatirəsən. 
Sən də bir ölüsən..!
 
Daima ağrıya və kədərə nə qədər dözə biləcəyimin marağında olmuşam. Əslində sadəcə bir neçə il maraqlandım, çünki bir gecə güzgüyə baxdığım zaman qıpqırmızı gözlərim mənə bütün dünyanı və iyrəncliklərini həzm edə biləcəyimi söyləmişdi...
 
Və qadın hər şeyin fərqindədir əslində...
Ona yalan dediyinizin, aldatmağa çalışdığınızın, istəmədiyinizin, çox sevdiyinizin, dəyərsiz gördüyünüzün...
 
İnsanlar vardır, gəlib keçərlər həyatımızdan. Kimisi fırtınalarla gedər, kimisi də zəlzələylə. Mən qalanların tərəfdarıyam. Getməyənlərin sədaqətini və səbrini sevirəm. Sarılıb buraxmayanların da istiliyini... (Şəmsi Təbrizi)
 
Bir addım atırsınızsa, bir sonrakı addımı qarşı tərəfdən gözləyin. Atmırsa üstünə düşməyin mənası yoxdur
 
"Uzun cümlələrlə danışır izdiham.
Bir sözə sığdırdığın dünyanı sevirəm"
 
Bu sevincli, ağıllı, sakit insan səsləri arasında tək-tənhayam. Bütün bu insanlar vaxtlarını dərdləşməklə, eyni fikirdə olduqlarını başa düşüb sevinməklə keçirirlər. Eyni şeyləri birlikdə düşünməyə necədə çox önəm verirsiniz...
 
Hər birimiz öz xırda, kəllə sümüyü böyüklüyündə krallığımızın əfəndisiyik. Ətrafımızdakı dünyanın tam ortasında və tək-tənha...
 
"Çox gülərüzsən" dedilər gecələr səssiz hıçqırıqlarımdan xəbərsiz insanlar..
 
Halbuki insanlar da ağaclar kimidir. Nə qədər yüksəyə və aydınlığa çıxmaq istəsələr, o qədər çox qüvvətlə torpağın altına enər kökləri. Qaranlığa, dərinliyə, pisliyə doğru...
 
Deyir:
"Sən gülüncə 
bir mənəkşə üzür suyun ən incə qıvrımlarında 
və tanrı yeni bir leysan axtarmağa çıxır..."
 
Simamızı formalaşdıran bir az da yaşadıqlarımız deyilmidir?
 
Mən 60 yaşlı bir adamın imkansız sevgisindən necə çarəsiz qaldığını gördüm bu gün...
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 1112
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri