Adam...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 893
Səs ver:
(səs: 3)
Bəzən, gülüşlərindən qorxduğun insanların toruna düşərsən. Nə dünən, nədə bu gün sənin üçün önəmli sayılmaz. Gördüyün və axtardığın nə varsa hamısını o kəsdə bilərsən. Hər şeyin ondan gəlməsini, ondan olmasını istərsən. Qorxaq sözü cəsarətlə əvəz olunmadığı an, sistemə daxil olduğunu anlarsan. Kimlər lazımdı bizə, içi boş varlıqlar, yoxsa müqəddəs kitabları yaradan ölülər?!
- İnsanın ürəkdən gələn bir cümləsi olur həmişə "Mən həqiqətən yoruldum". Həqiqətən yorulduğunu, həqiqətdən sonra anlayarsan həmişə. Duyğular boş-boşuna bəstələnmir, şeirlər məhşurluq üçün yazılmır. Əsl şair yolunu azdıqda zaman durar. Bu gününü dünəndən ayıra bilməyən insanlardı çarəsiz, boş otaqlarda nəğmə dinləyənlər yox.
- Hər kəs bir gün çıxıb gedər, günəşin işığına aldanma adam. Özündən başqa insanları düşən adam gördükdə, cəmiyyətə azda olsa qoşulmağım gəlir. Gərəksiz mentalitet uydurmalarından və "millət nə deyər?" deyə düşünən beyinlərdən iyrənirəm. Bir gün biraz yaşamaq istəsəm, elə o an yağış yağar. Nə vaxt xoşbəxt olmaq istəsəm, göydəkilər ağlar.
- Ölümü düşünən insanları aciz bildilər, amma düşünmədilər ki, onlarda sizin kimi, varlı otaqlarda, seçilən badələrlə bir xalıqın şərəfinə vursaydılar, "insan" kimi yaşıya bilərdilər bəlkə.
- Bu lazımsız yaşam, insanı çox düşündürür adam.
- Niyə?, harda?, nə zaman? adlı suallardı bizi sağa-sola fırladan.Çoxuna kimlərinsə xəyanəti yox, gülüşləri acı verir. Bir zaman sənə görə batan yanaqların, indi çuxurlarında göz yaşından ibarət şərab damcısı bürüyür ətrafını. 
- Çox zaman tərk etdiyim şəhərlərə bənzədirəm yaxınlarımı. Məndən uzaq, biraz soyuq, səmimiyyət daha əvvəlki kimi deyil.
Onlar dünənlərdə yaşıyan insanlar olsada, bu günlərdə tamam fərqlidir. Hər kəs sənin kimi deyil adam...
- Unut hər şeyi, get deməsi gəlir adamın. Ruhumdan əlimi üzmüşəm, dostlarımda artıq dörd hərifdən ibarət olmağa başlayıb. Sən dörd hərifə çevrilmə,
- Adam...
- Qəribə sonsuzluqdan qorxma, yüksək uçurumlar səni öldürməz. İnsanlar böyüdükcə yaşlanır, qorxduqca aşiq olurlar. Amma mən, hər zaman ölümün üzünə dik baxmışam. Nə zaman öləcəm deyə kədərlənməmişəm, əksinə, nədən bu yerlərdəyəm deyə üzülmüşəm. Boş ver adamım, onsuz hər kəs oxumaq istədiyi cümlələri seçib götürür. Kimin nəyinə lazım, ağrılı sətirlər?!
- Hər kəs getsin, sən qal adamım.
- Bir mən, birdə biz...
"Bir şeyi unutmaq istəsən, onu çox xatırla. "
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 1 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri