Bir dost axtarıram...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 13 214
Səs ver:
(səs: 5)

 

 

Bir dost axtarıram özümə; sevincimdə də, kədərimdə də həmişə ağlıma gələn, ilk onun qapısına qaçacağım.
Gücümün bitdiyi yerdə yenə ondan ümid edəcəyim, sevgisi ürəyimi tamamilə dolduran.

Onunla olmaq üçün can atacağım, onunla bərabər olarkən zamanı unudacağım, ayrılmağı heç istəməyəcəyim.
Bir dost axtarıram özümə; səhvlərimi görən, amma məni incitməyən, nəzakətlə xəbərdar edən, şəfqətlə doğru yolu göstərən.

Digər insanlar arasında kiçik görünməmək üçün mənə kömək əli uzadan.
Darda qalanda yanıma qaçan. Çətinliklərimi aradan qaldıran.
Ümidsizliyimdə ümid verən, çarəsizliklərimdə təsəlli edən.

Bir dost axtarıram özümə; məndən heç bezməyən, məndən heç sıxılmayan.
Gecə gündüz demədən hər axtaranda qapısını mənə açan, "buyur" deyən.
Ona qarşı bir səhv edəndə kin tutmayan, mənə kürək çevirməyən, üzr istəyəndə məni bağışlayan, keçmişi yox bilən. Bəli, bir dost axtarıram...

Amma yəqin boşuna axtarıram. İnsanlarda çox vəfa qalmayıb.
Yıxılanda bir təpik də sözdə dostun atır sənə. Səhv etsən də yenə sözdə dostun yayır hamıya.
Bir axtarsansa, iki axtarsansa, üçüncüdə bezirsən o sözdə olan dosta.
Bir də səhv edəcəyik dosta, o da bizi kin tutmadan bağışlayacaq, eh, bu çoox çətindir.

Amma Rəbbim, Sən elə deyilsən. Bu axtardığım dostdakı xüsusiyyətlərin çoxu belə var Səndə.
Öz də istədiyim dostdan daha dost və yaxınsan mənə. Yəqin yenə səhv yerdə axtardım, məgər istədiyim dost sənmişsən.

Rəbbim. Yaxşı ki, varsan və ürəyimdəsən.
(səs: 5)
Şərhlər: 1
Baxılıb: 13 214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri