Bu insan həyatınızın eşqidir

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 554
Səs ver:
(səs: 2)
Cinsiyyətindən və yaşından asılı olmayaraq yalnız şəxslərin demək olar ki, hamısı doğru insanı tapmağa can atırlar.
 
Kimisi bu arzusuna çatır və həyatını bölüşəcək biri ilə qarşılaşır. Ancaq insanın təbiəti elədir ki, o, daim ən yaxşısını axtarmağa həvəslidir. İnsanlar əlindəkinin dəyərini ancaq onu itirdikdən sonra anlayırlar. Evli və ya nişanlı olanlardan, hətta bütün gün əl-ələ dolaşan cütlüklərdən xoşbəxt olub-olmadıqlarını soruşsanız, səmimi danışanlardan aşağı-yuxarı eyni cavabı alacaqsınız: "Sanki nə isə əskikdir. Tək deyiləm, ancaq özümü yalnız hiss edirəm”.
 
Bütün bunlar sevgiyə, diqqətə olan ehtiyacınız üzündən yanlış insanla birlikdə olduğunuza işarədir. Əgər aşağıdakı hissləri yaşamırsınızsa, yanınızdakı insanın həyatınızın eşqi olmadığından əmin olun.
 
Bədəninizdəki qüsurlar...
Partnyorunuzun yanında özünüz olmaqdan çəkinmir, qüsurlarınızı gizləməyə çalışmırsınızsa, çox şanslısınız. Deməli, sizi hər halınızla bəyənən birini tapmısınız. Bəzən vaxt azlığından özünüzə fikir verə bilməsəniz belə, onun bundan narahat olmayacağına əminsiniz.
 
Sevən insan...
Bir çox kişi evlilik mövzusu açılanda söhbəti bağlamağa can atır. Tərəf müqabiliniz sizinlə bu mövzuda danışmaqdan çəkinmirsə, deməli, həqiqi eşqi tapmısınız. Çünki sevən insan evlilikdən qorxmaz.
 
Onun qüsurları sizi narahat etmir
Yemək yeyərkən ağzını şappıldatması və ya sizin zövqünüzə uyğun olmayan kitablar oxuyub, musiqilər dinləməsi problem deyil. Siz onu olduğu kimi qəbul etmisiniz. Yanında xoşbəxtsiniz və kiçik qüsurlara görə onunla münasibəti pozmaq fikrində deyilsiniz.
 
Ən yaxın dostunuzdur
Günün hər saniyəsini onunla keçirsəniz belə ürəyiniz sıxılmır. Daim söhbət etməyə mövzu tapır və əylənirsiniz. Problemlərinizi çəkinmədən onunla bölüşə bilirsiniz. Sizinlə alış-veriş edərkən deyinmir. Yanınızda olmaq onu xoşbəxt edir.
 
Onun xoşbəxtliyi hər şeydən önəmlidir
Gerçək sevgidə eqo və qürur olmur. Özünüzdən çox onu düşünür, onun xoşbəxtliyini arzulayırsınız.
 
Bir gülüşü hər problemi həll edir
İstər səhhətinizlə, istər işinizlə bağlı problemlər olsun, partnyorunuz sayəsində bütün dərdlərinizi unudursunuz? Onun yanınızda olması, sizi güldürməyə çalışması hər şeyi unutdurur?
 
Elə isə doğru insanı tapdığınızdan şübhəniz olmasın!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 554
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri