Münasibətinizin
mükəmməl olduğunu düşünə bilərsiniz. Sevgilinizə bağlı olmağınız, heç
vaxt dalaşmamağınız, mükəmməl seks həyatınız münasibətinizin sonsuza
qədər davam edəcəyini düşündürə bilər. Ancaq bütün bunlar da əslində
ayrılıq səbəbi ola bilər. Münasibətinizi bitirə biləcək surpriz
səbəbləri öyrənmək üçün yazını oxumağa davam edin.
Partnyorunuza çox bağlılığınız
Sağlam
münasibət üçün əlbəttə ki bir-birinizə bağlı olmağınız önəmlidir. Ancaq
bu bağlılıq tək tərəflidirsə bu ciddi problem yarada bilər. Daim
partnyorunuzla birlikdə vaxt keçirməyiniz, o olmadığı zaman özünüzü
güvənsiz hiss etməyiniz və ya tək başına bir şeylər etməkdən qorxmağınız
münasibətinizə həddindən artır bağlı olduğunuzu göstərir. Partnyorunuz
bu diqqətdən bezib sizdən ayrılmaq istəyə bilər.
Mükəmməl seks həyatı
Mükəmməl
seks həyatı münasibətinizi bitirə biləcəyini düşünmüsünüz heç? Əslində
mükəmməl seks həyatı bütün sağlam münasibətinin olmazsa olmazıdır. Eyni
zamanda bir çox problemlərinin həllində rol oynayır. Hər davanın sonunda
sekslə məşğul olmağınız və ya digər problemləri sırf mükəmməl seks
həyatına görə görməzdən gəlməyiniz münasibətinizdə mənfilik qata bilər.
Bir-birinizə çox bənzəməniz
Partnyorunuza
bənzəməniz münasibətin uzunmüddətli olacağını düşündürür? Bəzən əksik
tərəflərinizi tamamlayacaq birinə ehtiyac duyulur. Çox narahat
birisinizsə partnyorunuzun sizi sakitləşdirəcək biri olması və ya
asosial birisinizsə sizi sosiallaşdıracaq biri olması sizi daha xöşbəxt
edə bilər. Ancaq özünüzdə sevmədiyiniz xarakterləri partnyorunuzda
görməyiniz sizi münasibətdən bezdirə bilər. Böyük davalarla nəticələnə
bilər.
Heç vaxt dalaşmamağınız
Əlbəttə
ki daim dava edən, partnyorların bir-birinə küfr etdikləri münasibətdən
danışmırıq. Ancaq heç vaxt dalaşma olmayan münasibətlər də sağlam
münasibətlər deyil. Xöşbəxt münasibətin detallarından biri də
bəyənmədikləri mövzuları müzakirə edərək həll etmələridir. Yoxsa
danışmadığınız problemlər yığıla bilər və münasibətinizin bitməsinə
səbəb olar.
Ortaq məqsədlərin olması
Sevgilinizlə
ortaq məqsədlərin olması əlbəttəki yaxşıdır. Ancaq bütün
münasibətinizin bu məqsədlər üzərində qurulması düzgün deyil. Çünki
zamanla hamı kimi siz də dəyişərsiniz. Cütlüklərdən birinin məqsədlərdən
vaz keçməsi münasibətin bitməsi deməkdir. Bunun əvəzinə başqa ortaq
nöqtələr tapmağınız münasibətinizin daha sağlam olması təmin edər.
Fədakarlıq etməyiniz
Sevdiyiniz
adamın xöşbəxtliyi üçün zamanla xarakterinizə uyğun olmayan şeylərin
etməyinizə səbəb ola bilər. Ancaq daim qarşı tərəf üçün fədəkarlıq
etməyiniz münasibətinizə zərər verə bilər. Partnyorunuz bu
fədəkarlıqların fərqində olmaya bilər, zamanla bütün bu xoş
davranışlarınız sizin vəzifəniz halına gələ bilər. Kiçik bir hadisə də
sizin geri addım atmağınız münasibətinizi bitirə bilər.