Nə olar, get

Şərhlər: 4
Baxılıb: 2 153
Səs ver:
(səs: 2)
Sevsəm də səni, nə olar get.Yağmurlarda üşüməni istəmərəm... Qıya bilmərəm sənə, bilərsən... Sənin gözlərinə yağmurlarım enməsin… Qara buludlar ürəyini incitməsin. Mən yağışa alışqınam, sən günəşlə oyanmağa layiqsən, gülüm… Nə olar get günəşli sabahlara... Sənə qıya bilmərəm bilərsən axı... Toxunma səni sevən ürəyimə. Tikanımla qanamasın əllərin… Mənə görə yanmasın sonralarda ürəyin… Daha çox ağlamadan gözlərin get nə olar, get!
Sən baharın xınalı çiçəyi… Mən isə qarlı dağların yaralı tikanı... Mən tikanlarla yaşamağa alışqınam, gülüm, sənsə baharlara layiqsən… Hər sabah sən gözlərinlə baharlarla oyanarsan… Mən isə qara qışlara... Qıya bilmərəm sənə, bilərsən…
Mənim qışlarımda üşüməsin əllərin… Ayazlarım üşütməsin ürəyini.
Səni ölümünə sevsəm də, sən get nə olar… Baharlarına xəzanlarım yetişmədən sən qaç təmiz arzularına... Su heç atəşi ağlada bilərmi? Yağmur heç günəşi isidə bilərmi? Get…
Çünki... Mən də səni yaşada bilmərəm… Durma daha artıq qaranlıqlarımda... Sən qaç günəşli sabahlarına…. Sevinclər sadəcə sənə yaraşar, gülüm… Mənimlə maraqlanma... Baharın qoynunda gülümsəsən... Gülüşünlə ayazlarda isinərəm mən…
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 153
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri