Basqa
birisi olacag. Onunla danışanda tez-tez sənin adını çəkəcəm, sonra onu
nə qədər incitdiyimin fərqinə varıb üzr istəyəcəm, o isə "anlayıram"deyəcək… Səni misal gətirəcəm hər hadisədə, "o elə edərdi”, "o bunu deyərdi” kimi ifadələrlə… səni unutmadığımı hiss etsə də sözlərimdə, içində boğacaq hisslərini və gülümsəyərək yola verəcək…
Mən də yola
verəcəm, sənsiz bütün həyatımı… Bəlkə mən də onun üçün birisi olacam,
bəlkə onun böyük, bəlkə də ilk sevgisi olacam… O sən olmayacaq, səni
əvəz etməyəcək, edə bilməyəcək… Hər dəfə sözümüz düz gəlməyəndə, ya
sənli xatirələrdə boğulduğuma dözüb-dözüb partlayanda dalaşacağıq, amma
evdən çıxıb təklikdə gəzdiyim anlarda, ondan küsülü və ayrı qaldığım
anlarda onun üçün deyil, sənin üçün darıxacam… Birisi olacaq, onu
sevməyəcəm, sadəcə tək qalmamaq üçün qəbul edərək sevgisini, aldadacam
özümü… Onunla birgə belə səni yaşayacam yoxluğunla… Birisi mütləq olacaq
bəlkə, yanımda, daim, onunla yaşayacam səninlə yaşaya bilmədiklərimi,
qəlbimdə daim sənin sevgini yaşayaraq ağlayacam gecələri… Hər dəfə
yaxınlaşıb niyə ağladığımı və niyə siqaret çəkdiyimi soruşacaq, bəzən
cəsarət toplayıb"onu düşünürəm"deyəcəm, bəlkə də"heç...." deyib
qucaqlayacam onu bərk-bərk, gözlərimdən damla-damla axacaqsan, bütün
qəlbimlə səni içimə dəfn edib daim qəbrin üzərində göz yaşı tökəcəm… Sən
başqası ilə xoşbəxt olacaqsan, mənimdə yanımda başqa birisi olacaq, bir
daha heç vaxt sevə bilməyəcəyimə əmin olsam da, ona bəlkə bir gün onu
sevə bilərəm deyə ümid verib yanımda olmasını istəyəcəm, güman ki, qəbul
edəcək… Ona verə biləcəyim hər şeyi verməyə çalışacam, sevgisinə
qarşılıq, sırf sənin mənə qarşı etdiklərin kimi… Ondan dünyaya gələcək
qızımın saçlarında, gözlərində axtaracam sənə aid izləri, bəlkə sənə
olan sevgimə qarşılıq Allah mənə sənə bənzəyən bir övlad verər deyə
ümidlə gözləyəcəm daim səndən olmasını arzu etdiyim qızımı… Birisi mənim
həyatımın tamı olacaq, sevgimdən başqa hərşeyim olacaq… Onunla
boşluqları dolduracam… Ona daim yalan danışacam,hətta gülümsəməyim də
yalançı olacaq, o mənim üçün sadəcə BİRİSİ olacaq, heç vaxt SƏN ola bilməyəcək…