Sənə çox ehtiyacım var

Şərhlər: 4
Baxılıb: 4 581
Səs ver:
(səs: 2)
Sənə, yenə sənsiz bir gecənin qaranlıqlarından səslənirəm.Gecə hər zamankindən daha səssiz, dörd divar arasında bir sən, bir mən varıq bu otaqda.Yenə yuxu yoxdur gözlərimdə, elə bil başqa cür hüzn çökdü içimə, tamam fərqli bir hüzn.Sən ağladığımı hiss edirsən deyə, sən kədərlənirsən deyə, günlərdir ağlaya bilmirəm sevgilim, ağlaya bilmirəm.Çox təkəm, sənsizliyə dözə bilmirəm. Bu gecə icazə ver mənə sevgilim, icazə ver çox doluyam...
Bu gecə, hıçqıraraq ağlamaq istəyirəm!Bu gecə yanıma gəl! Sənə çox ehtiyacım var, danışmağa o qədər çox şeyim var ki!Amma sənə söz veriəm, üzməyəcəyəm səni yoxluğunda çəkdiyim ağrıları deyil, tökdüyüm gözyaşları deyil.....
təkliyimi, sənsizliyimi, səndən məhrum kimsəsizliyimi deyil, sənə olan bitməz tükənməz sevgimi izah edəcəyəm sənə.Ağlayanda sən mənim qollarımda, mən sənin qollarında ağlayacaqdıq axı!Söz vermişdin!
Gəl sevgilim, bu gecə yanıma gəl, çox ehtiyacım var sənə, qoxuna, istiliyinə ehtiyacım var.Bu gecə tamam fərqliyəm, yenə səninlə keçən günlərə getdi ağlım. Səninlə nə gözəl günlər yaşadıq...
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri