Əgər...

Şərhlər: 6
Baxılıb: 2 156
Səs ver:
(səs: 2)
Əgər qazandığın pulun bir hissəsini bəşəriyyətin gələcəyi naminə xərcləyə bilsən, xərclədiyini unutsan və hətta bunu unutduğunu da unuda bilsən;
Əgər uğursuzluğa düçar olduqda yenidən işə girişə bilsən və bu uğursuzluqların əhatəsində qalmağı öz uğurun kimi qəbul edə bilsən;
Əgər öz-özünə: "Vur külüngü, Fərhad, çoxu getdi, azı qaldı”, – deyərək yalnız iradənə söykənə bilsən;
Əgər kor insanların nəzarəti altında belə məqsədlərindən uzaqlaşmamaq üçün hərəkətsiz qala bilsən; 
Əgər günahkar axtarmaq əvəzinə nəticəyə aparacaq yolları axtara bilsən;
Əgər özündən sonra yaxşı bir iz qoymağı bacara bilsən;
Əgər haqq-ədaləti zülm üçün istifadə etməyib, sadəcə "yaradılanı Yaradandan ötrü sevə bilsən”; 
Əgər maddiyyatı bir tərəfə qoyub insanların qəlbinə girmək üçün yollar axtarsan və bunu həyatının qayəsi edə bilsən;
Əgər təlaş içinə düşənlərin arasında özünü itirməyib onlara yol göstərə bilsən;
Əgər səbr etməyi bacarsan və daim səbr etsən: haqqında yalan söyləsələr belə, sən onlara qulaqlarını bağlasan, sənə nifrət etdiklərini 
bildirsələr belə, sən onlara göz yuma bilsən;
Əgər itaəti müdirinin qapısı ağzında boynubükük dayanmaq yox, ona hər zaman sədaqətli olmaq kimi anlaya bilsən;
Əgər "insan olmaq nə qədər çətindir” həqiqətini dərk edə bilsən;
Əgər sən özünə inansan və sənə inanmayanları da haqlı saya bilsən;
Əgər düşmənlərin, hətta dostların belə səni incitdikləri zaman "döyənə əlsiz, söyənə dilsiz, lazım gəlsə könülsüz” cavabını verə bilsən;
Əgər "xəyal dənizində gəmi batmaz” deyə düşünərək xəyallara dalsan və səhv yola düşməkdən yayına bilsən;
Əgər olduğun kimi görünə bilsən və ya göründüyün kimi ola bilsən;
Əgər qələbə və məğlubiyyətlərə eyni münasibət göstərə bilsən və bir ömürlük zəhmətin belə puç edildiyi zaman hər şeyə yenidən başlaya 
bilsən;
Və əgər bir daha geri dönməyəcək dəqiqələrin hər bir saniyəsinin haqqını layiqincə verə bilsən;
Yer üzü və üstündəkilər sənin olar!
Sən özün də ideal bir insan olarsan!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri