Eşq

Müəllif: heyatim_menim
Şərhlər: 10
Baxılıb: 2 150
Səs ver:
(səs: 0)
Eşq deyə başlıq atdım çünki kimsə Eşqin nə olduğunu bilmir. Bitirir bizi eşq, anlamırlar yada anlamaq istəmirlər. Niyə insan özünə belə pis davranır? Niyə bu qədər acı çəkməyi sevirik? Bilmirəm amma səbəb deyərkən belə içim ağrıyır. Əslində canımızı ağrıdan acı deyil, bizim düşünə bilmir olmamız. Niyə bu qədər yalnız qalmağı seçim edirik, heç soruşduq mu özümüzdən? Ölürük, Bitirik. Niyə bunu özümüzə edirik bilmirəm? Hər şeyi biz istəyirik hər kəs hər şeyi birinin üstünə atıb xilas olur. Yaxşı ya xilas ola bilməyənlər nə olacaq? Bax əsl sual bu. Niyə bir insan intihar edər ya da etməyə qalxar, niyə? Çünki bunu bizə, yenə biz edirik, qırırıq, dökürük, heç düşünmədən ağılımıza gələn hər şeyi söyləyirik. Yorulmadınmı insanları üzməkdən, onları hər səfərində xəyal qırıqlığına uğratmaqdan. Mən çox yoruldum amma kimsə anlamır, kimsə dinləmir, kimsə görmür. Tam "qalxdım bu səfər kimsə yıxamaz," deyirsən, dediyin an həyat yapışır boynuna, Haraya deyə tam yıxıldıöımız yerdən bi daha qırır, amma elə belə deyil. Haa bu səfər ən başa dönməklə qalmırsan bir daha qalxmağa cəsarət edəcək halın belə qalmır.

Bir yerdə oxumuşdum sirklərdə filləri kiçikkən ayaqlarında bir payaya bağlıyırlarmış. Fillər nə qədər qaçmaq istəsələr də qaça bilmirlərmiş. Buna görə fil artıq qaçmağa çalışmayıb, tabe illər keçər, fil böyüyər artıq o payanın üç qatı çox güclü olur amma heç qaçmazmış, çünki artıq ümidini itirmiş və imtina etmişdir.

Burda izah etmək istədiyim heç kimin amma heç kimin ümidinizi itirməsinə icazə verməyin. Bu həyatda bir tək cəsarət təqlid edilə bilməz. Buna görə heç kimin xoşbəxtliyi üçün öz xoşbəxtliyinizi təxirə salmayın.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri