Məcburam bizi unutmağa

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 512
Səs ver:
(səs: 1)
Unutmaq istəyirəm,olub keçən nə varsa,hər şeyi hər nəyi……
Unutmaq istəyirəm,sənli..sənsiz günlərimi.Qırıq sökük xatirələrimi.Yaddaşımdan silmək istəyirəm yalan dolu “SEVIRƏM” sözlərini.. Baxışımdan silmək istəyirəm,bir zamanlar oduna alışdığım gözləri.Istəyirəm qaytarım səndən mənə nə qalıbsa,dəli könlüm bir zamanlar səndən nəyi alıbsa…
Unutmaq istəyirəm olub keçən nə varsa,hər şeyi,hər nəyi……
Məcburam bizi unutmağa


Al götur apar məndən verdiyin ümidləri,mənə vəfa öyrədən gərəksiz öyüdləri.Gəl.. apar məndən yuxusuz gecələri,ümidsiz səhərləri.Bu ayda sənin olsun,yerdə sənin,göydə sənin. Qaytar mənə özümü,birdə səni görməyəcək baxışımı gözümü…Qaytar özümə qaytar adımı, ürək sözümü…Istəyirsən al apar gözlərimin yaşını..qəlbimə yara vuran atdığın eşq daşını…
Unutmaq istəyirəm olub keçən nə varsa hər şeyi,hər nəyi..



Vicudunda,ruhunda nəyin varsa mənimdir.Mənde olan nə varsa,mənim deyil sənindir.Bax ürəyim,gözlərim,əllərimdə sənindir,barmaqlarına oxşayan saçlarımda sənindir.Inan mənə… VƏFALIM...nəyim varsa sənindir.. Amandır daş ürəklim,qaytar mənə özumü,ya da apar özünlə iradəsiz könlümü…Məcburam səni,bizi unutmağa:( Çox ama çox çətindir...Əzablar içində boğuluram..Çox gözəl yalan idi..yaşadığımız BİZ...Həyat mənə ən ağır,ən alçağ oyununu oynadı.Bu dəfə sondayam.
Məcburam bizi unutmağa...Gülüşümün səbəbi...Səni sevirəm.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 512
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri