İndi mən xoşbəxtliyə ömürlük cəza alsam sabah əfv çıxar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 227
Səs ver:
(səs: 1)
Bu şəhərin ən tənha yeri qəlbimdir indi...

Kimisinə get deyərsən dəyərli olarsan, kimisini canından çox sevərsən lazımsız olarsan...

Zamana buraxaq hər şeyi dedi. Məni kimə buraxacaqsan, dedim susdu. Bir daha öldüm.

Bəzən insan "Səni sevirəm" deyə bilməz. Sadəcə "Sən də xoşbəxt ol" deməklə kifayətlənər.

Biz də unutmuş kimi edərik. Heç vaxt qırılmamış, heç vaxt ağlamamış kimi.

Əgər bir insanı həqiqətən unutmaq istəyirsənsə onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.

Sən mənə bir nağıl danışdın, mən o nağılda yaşamağa başladım. Nağıllar xoşbəxt sonla bitərdi axı, niyə son səhifəni qopardın?

Gəl bir-birimizin qədrini bilək. Çünki qəfildən ayrılacağıq bir-birimizdən.

Əgər sonu yaxşı qurtarmayacaqsa, mənə nağılların dilində danışma nə olar.

Bir gün ölüm xəbərim sənə çatsa məzarımın üstünə əsla gəlmə, sadəcə əlini ürəyinə qoy və üzr istə bəlkə o zaman xoşbəxt olaram.

Olar da bir gün adım keçsə sevgilinlə, saxlama söylə bütün gerçəkləri o mənim bir gülümsəməmlə xoşbəxt olardı mən də həmişə sevirəm deyə aldadardım deyərsən.

Ağlamaq gözlərdəki yaşı boşaldır, acın isə həmişə təzə qalır.

Mahnılar yalan deyir, ağladan heç bir şey gözəl deyildir.

Əvvəllər qaranlıqdan və yağışdan qorxardım indi isə yağışlar göz yaşım oldu, qaranlıq isə etibarlı sirdaşım.

Dünən məhkəməmiz vardı, sənin gözlərinlə mənim qəlbim arasında. Sənin gözlərin sərbəst buraxıldı, mənim qəlbim isə bir ömür boyu səni sevməyə mahküm edildi.

Bəzən sadəcə səninlə danışsın istəyərsən. Amma o, hamı ilə danışar, sənə susar.

Nə olardı zamanla keçəcək deyil də zamanla gələcək desəydilər.

Sən qalmağa bir səbəb tapmadın amma mən ölməyə nə bəhanələr tapmışam.

Havam pozulmağa başladı yenə. Gözlərim də dolmağa. Deyəsən qəlbimdə bir yerlərə sən yağdı gecə gecə.

Hər ürək sevə bilsəydi onsuz adı ürək olmazdı və hər sevən ürəkli olsaydı eşq bu qədər sadə olmazdı...

Sərçə qədər ürəyimin, göy üzü qədər sancısı var bu gecə.

Üç səhvim oldu. Tanıdım, güvəndim, inandım! Bir düzüm oldu, sevdim. Amma üç səhv bir düzü sildi.

"Dünyaları sığdırırdım ürəyimə" deyərdin mənə bir zamanlar. Dünyaları sığdırırkən ürəyinə, məni sığdıramadınmı?

Nə gözəl deyib şair "İndi mən xoşbəxtliyə ömürlük cəza alsam, sabah əfv çıxar"

İnsanlardan uzaqlaşanda həyatlarına davam edirlər geri qayıtmağını gözləmirlər.

Gələcəyə də o qədər ümidim yoxdur artıq. Adı gələcək olsa nə olar, sən gəlmədikdən sonra.

Nə qəribə dünyadır bu. Ağlımdasan deyən balıqlar, həyatımsan deyən kəpənəklər gördüm.

Qolumuzu dişləyərək saat düzəldərdik uşaqlıqda, sanki zamanın canımızı acıtacağını bilirmiş kimi.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri