Xoşbəxtlik adını eşitmişdim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 1 767
Səs ver:
(səs: 1)
Yuxusuz gecələrimdə gözyaşlarımla yazdım adını ürəyimə günəşsiz günlərimdə qanımla suladım şəkillərimizi yenidən gələrsən deyə!

Min dəfə yalan olsan da inanardım sənə. Sən məni aldatmadın, mən sənə inanmağı seçdim. Hamısı budur.

Sənin də sevdiyini zənn etmişdim. Ya da elə olmasını istədiyim üçün, özümü buna inandırmışdım.

Gül indi ağlayan gözlərimə baxaraq gül! Sabahların üçün gül, çəkdiyim acılar üçün gül, sən həmişə gül məni düşünmə gülüm.

Çox sahiblənmədən sevəcəksən məsələn. Həm hər an əllərindən çıxıb gedəcəkmiş kimi, həm də həmişə sənin qalacaqmış kimi.

Başqasını sevmən mənə əzab verərmi sandın? Sən məni də sevmişdin onsuz da. Uşağıydım da o qədər inanmışdım ki qayıdacağına.

Heç kəsi qırmayım deyirəm, bir də baxıram özüm paramparçayam.

"Səni Sevirəm" cümləsi ən çox sənə yaraşırdı, ən çox səndən eşitmək xoşbəxt edirdi.

Xoşbəxtlik? Bəli, adını eşitmişdim.

Bəlkə kimsə olmayacaq sənin kimi. Amma səndə olmayacaqsan əvvəlki kimi.

Kaş yanımda olsaydın demirəm, bilirəm ki, istəsəydin olardın.

İnsanlar sahib olduqlarını kiçik hesab edər, sahib ola bilmədiklərinə əhəmiyyət verər.

Məncə sən eşqi sadəcə çox sevmək kimi anlayırsan. Halbuki qarşılıqlı sevməkdir eşq, qarşılıqlı sevmək və qovuşammamaq.

Ən pisi də; Bərbat bir yaddaşım vardı, səninlə keçən hər şeyi xatırlayırdım.

Ağlayırsansa bir səbəbi vardır, gecələri şəkilinə baxıb içirsənsə bir səbəbi vardır hər şeyin bir səbəbi vardır, səbəb eşqsə hər şey vardır!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 1 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri