Nə qəribə dünyadır bu. Ağlımdasan deyən balıqlar...(3-Hissə)

Müəllif: Antikvar
Şərhlər: 3
Baxılıb: 2 255
Səs ver:
(səs: 0)
Sən qalmağa bir səbəb tapmadın amma mən ölməyə nə bəhanələr tapmışam.

Havam pozulmağa başladı yenə. Gözlərim də dolmağa. Deyəsən qəlbimdə bir yerlərə sən yağdı gecə gecə.

Hər ürək sevə bilsəydi onsuz adı ürək olmazdı və hər sevən ürəkli olsaydı eşq bu qədər sadə olmazdı...

Sərçə qədər ürəyimin, göy üzü qədər sancısı var bu gecə.

Üç səhvim oldu. Tanıdım, güvəndim, inandım! Bir düzüm oldu, sevdim. Amma üç səhv bir düzü sildi.

"Dünyaları sığdırırdım ürəyimə" deyərdin mənə bir zamanlar. Dünyaları sığdırırkən ürəyinə, məni sığdıramadınmı?

Nə gözəl deyib şair "İndi mən xoşbəxtliyə ömürlük cəza alsam, sabah əfv çıxar"

İnsanlardan uzaqlaşanda həyatlarına davam edirlər geri qayıtmağını gözləmirlər.

Gələcəyə də o qədər ümidim yoxdur artıq. Adı gələcək olsa nə olar, sən gəlmədikdən sonra.

Nə qəribə dünyadır bu. Ağlımdasan deyən balıqlar, həyatımsan deyən kəpənəklər gördüm.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 255
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri