İki cür olur darıxmaq...

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 3 988
Səs ver:
(səs: 1)
...İki cür olur darıxmaq. Bir var kimin üçünsə darıxasan, bir də var ümumi olaraq. Yəni darıxırsan.
Canın sıxılır. Qəlbin qaralır. Bir həmsöhbət axtarırsan. Dərdini bölüşmək üçün.
Amma sənin dərdin kimin nəyinə gərəkdir ki, qadın?

Mən də darıxıram sənin üçün. Darıxmaq sözünün kökündə "dar”mı durur? Dara düşmək mi?
Qar yağanda, hava sınanda ən çox da darıxıram. Ya da bir qəhvə ətri gələndə.
Caz dinləyəndə ən çoxda. Bilmirəm nə üçün? Nəyə görə? Sənə yazsam, bildirsəm, nə dəyişəcək? Ucuz ünvanlı söyüşlərdə məskunlaşdıracaqsan yenə məni. Mən? Hhh... Kənar qaranlıq otağa çəkilib, başımı yastığa bərk sıxıb, tam ürəkdən ağlayacam.
Bir az yenə səni düşünəcəm. Sonra ayağa qalxıb, işıqları yandırıb makiyaj edəcəm.
Beləcə, keçəcək hər şey, düzələcək. Hə, inanıram.Özüdə necə. Yox, yox...
Ya da bu heç keçməyəcək. Hər səni unutmağa başladığımda sən yenə yetirəcəksən özünü bir imkan tapıb. Bu beləcə, davam edəcək. Amma heç vaxt unutma ki, heç kim əvəzsiz deyil, ya da imtina edilə
bilməyəcək qədər dəyərli. Biz insanlar hər şeyi hətta, sevgini belə həyata keçirdikdə öz çıxarlarımızı düşünürük.
Mən özüm belə səni ani olaraq salıram yada.
Darıxdığım üçün...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 988
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri