Sevgi statusları ♥♥♥

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 476
Səs ver:
(səs: 0)
Yaşamağı bir sevda sandım, sevgini sən sandım, həyatı bir yol sandım, dərin bir yuxudan oyandım, amma səni yanımda tapa bilmədim.

Adını günəşə yazdım, hər şəfəqdə doğsun deyə, ürəyini ürəyimə yazdım için-için yandığında mənimki də yansın deyə, adını canım qoydum sən öldüyündə mən də ölüm deyə.

Dünyadakı bütün insanların eşqi toplanıb birləşsə belə, mənim sənə qarşı olan eşqimin yanında aciz qalar. Çünki mənim sənə qarşı olan eşqim ağıl və məntiqin heç bir zaman çata bilməyəcəyi yerdə qalır.

Xəritəyə baxıram evin yox. Sözlərə baxıram adın yox. Sənə baxıram özümü görürəm, çünki məndən başqa yerin yox.

Hər dəniz bir dalğa, hər röya bir yuxu, hər məzar bir ölü, hər ağac bir kök tapar. Mən başqa bir sən tapa bilmərəm.

Sənsizəm, səndən uzaqda səni düşünürəm, səni gözləyirəm və gözləməyi çox sevirəm. Bir gün səni itirmək kimi duyğu gəlir beynimə, qorxuram və bu qorxunu çox sevirəm. Sevirsən deyə qorxursan. İtirsən uzaqdan baxmaq yetər bilirsən. Sənsizəm, sevgi yox artıq, amma mən yenə də səninləyəm, çünki səni sevirəm.

Bir sevgilim var uzaqda üzünü görmədiyim, səsini eşitmədiyim. Bir sevgilim var uzaqda əlini tutmadığım, saçına dəymədiyim. Gün gələr sevgilim mənə dünəndən yaxın olar.

O qədər gözəlsən ki, üzünə baxa bilmirəm. Titrəyir əllərim, əllərini tuta bilmirəm. Elə bağlanmışam ki sənə, sənsiz qala bilmirəm.
Bir gecə yarısı titrəyərək oyansan bil ki, şəklini öpdüyüm gündür, bir gün səbəbsiz yaşlar süzülərsə o gözəl gözlərindən bil ki yoxluğundan öldüyüm gündür.

Ağırdır sevgilərim hər ürək daşıya bilməz, böyükdür ümidlərim, hər ürək saxlaya bilməz. Hər şeyi unudar da. Amma bu qəlbim tək bir səni unutmaz!

Gözəlsən, birdənəsən, şirinsən. Çəkdiyim dərddə tək bəhanəsən. Mələkmi, şeytanmı bilmirəm ki, nəsən. Əllərdən əllərə atsan da olar. Mən səni sevirəm, sən məni sevməsən də olar!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri