Mən öz sevgilimə gedirdim...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 795
Səs ver:
(səs: 0)
Mən öz sevgilimə gedirdim.Çöl,çəmən,dağlardan keçib gedirdim.Yağışda,qarda,bürküdə gedirdim.Öz ömrümü,sevgimi vermək üçün Mən öz sevgilimə gedirdim.Mən,öz sevgilisinə gedən hər bir insan kimi Xoşbəxt idim.

-Salam,-göydən səs gəldi.- Belə xoşbəxt hara gedirsən?
-Mən öz sevgilimə gedirəm,-deyə günəşə cavab verdim.-Mən ona öz həyatımı,öz sevgimi vermək istəyirəm.
-Mənim işığımı götür,o istilik və rahatlıq daşıyır.
-Çoxsağol günəş,-dedim və yoluma davam etdim.

-Salam,-ətrafda guruldadı.- Belə xoşbəxt hara gedirsən?
-Mən öz sevgilimə gedirəm,-küləyə cavab verdim.- Mən ona öz həyatımı,öz sevgimi və istilik və rahatlıq daşıyan günəş işığını vermək istəyirəm.
-Bu səma parçasını götür.O təmiz və şəffafdı,o sizə dinclik və təravət verəcək.
-Çoxsağol külək,-dedim və yoluma davam ettim.

-Salam,-otlar ətrafdan səsləndilər.- Belə xoşbəxt hara gedirsən?
- Mən öz sevgilimə gedirəm,-çəməni cavabladım.- Mən ona öz həyatımı,öz sevgimi,bu istilik və rahatlıq daşıyan günəş işığını və dinclik və təravət verən səma parçasını vermək istəyirəm.
-Al bu gülləri.Onlar parlaq və gözəldilər.Onlar günlərinizi rəngarəng və şən etməyə kömək edəcəklər.
-Çoxsağol çəmən,-dedim və yoluma davam ettim.

-Salam.Belə xoşbəxt hara gedirsən?
- Mən öz sevgilimə gedirəm,-cavab verdim.- Mən ona öz həyatımı,öz sevgimi,bu istilik və rahatlıq daşıyan günəş işığını,bu dinclik və təravət verən səma parçasını və günləri rəngarəng və şən edən bu gülləri vermək istəyirəm.
-Mən,-Zamanam.-Səs cavab verdi.-Mən dünyanın yaranmdığı gündən dağılmasına qədər sürətlə hərəkət edirəm.Mən də sizə bir hədiyyə etmək istəyirəm amma indi yox,lazım olanda.
-Bəs mən necə biləcəmki o, mənə lazımdır?-zamandan soruşdum.
-Güllər solanda,bütün istiliyini verib İşıq sönəndə,Səma tutulanda, və sənin həyatın kabus kimi görünəndə,geriyə yalnız Sevgi qalanda,buraya gəl,bu yerə.

Mən razılaşdım və gələcəyimə söz verdim.Sevgilimin evinə lap azca qalmışdı.Və mən ona tələsdim..
-Salam sevgilim,-deyərək onu qapıda salamladım,mən Sənə gəldim.Sənə öz sevgimi və həyatımı,istilik və rahatlıq daşıyan günəş şüasını,qəmi qovsun deyə aydın səma parçasını,Sən gülümsəyəsən deyə gözəl gülləri gətirmişəm.Mən Sənə Həyatımı,bütünlüyilə verməyə gəlmişəm..
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 795
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri