Yalnızlığa alışmalıdır insan

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 726
Səs ver:
(səs: 2)
Çamadanları həmişə hazır olmalıdır insanın...
Bir gün telefonların heç çalmayacağını hesablanmalıdır...
Tül pərdə arxasından qonaq yolu gözləməkdən əl çəkməlidir...
Xəyanətlərə, tərk edilmələrə, bir başına buraxılmalara hazırlıqlı olmalıdır...
Yalnızlığa alışmalıdır...Çünki "çiyin-çiyinə" günlərin vaxtı keçdi.
Məhz ona görə Alışmalıdır Yalnızlığa...

Küçələr dolusu tənhalıqla baş-başa yaşamağı gözə almalıdır insan...
Güvəndiyi dağlardakı qarlardan baxıb dərs çıxarmalıdır...
Hüznlü bir mahnıyla paylaşılan gecələrdə başını söykəyəcək bir çiyin axtarmaq vərdişindən əl çəkməlidir...
Süfrədə tək qaba, qabda az yeməyə alışmalıdır...
Alışmalıdır Yalnızlığa...

Romanlardan təkliyi ucaldan paraqraflar asmalıdır evin ən görünər divarlarına...
"Təklik paylaşılmaz. Paylaşılsa təklik olmaz" sətirləriylə başlamalıdır günə...
Telefonda "bu anda sizə cavab verə biləcək kim­sə yox" deyilməlidir, "... bəlkə də heç bir zaman olmaya­caq..."
Cavabsızlığa, səssizliyə alışmalıdır...

Halbuki səssizlik haqsızlığa alqışdır.
Haqlılığın qüruru yaşadar insanı... Susmanın utancı öldürər.
Ona görə ən səssiz gecələrdə ''doğru idi, etdim"lə təsəlli tapmalıdır insan...
Soyuq divar diblərində səssizcə ağlamağa alışmalıdır...
Özüylə danışmağa çalışmalıdır...
Gecə yastıqla ağlamağa, özü ilə kədərlənib, özü ilə gülməyə hazır ol­malıdır...
Həmişə başını götürüb gedə biləcək qədər cəsur, amma həmişə qalıb döyüşəcəkmiş qədər qorxmaz ola bilməlidir...
Səssizliyi, səsə çevirə bilməlidir...

Və çantasını hər daim hazır tutmalıdır insan...
Yollarla barışmalıdır...
Təkliyə alışmalıdır...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 726
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri