Səndə bir mən - Məndə bir sən.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 140
Səs ver:
(səs: 2)
Ənginlərdən bir sancı. .Sənin üçün darıxmaq. .Ruhunun incəliyinə söykənib uşaqlığıma körpülər qurmaq...Ovuçlarının içindən dənizlərə köç etmək...Ən sonunda səndə dayanmaq.

.Səndə bir mən-Məndə bir sən...Saçlarının kölgəsində göy qurşağı təzahür etməsi ...Sonra əllərimi sinəmə qoyub gözlərinin yağmurunda islanmaq narın-narın...Sonra təmizlənmək hərf hərf...Sonra sahillərində böyümək dəniz saflığında...

Səndə bir mən-Məndə bir sən...Həsrətlərdən bir həsrət günlərdən bir sən...

Səndə bir mən-Məndə bir sən...Yuxulardan oyandırdım bütün hərfləri. .Sənə doğru tələsir bütün cümlələr. .Bir yanğına bürünmüş həsrətlərimi naxış kimi düzürəm buludların ətəklərinə. .Sen səmadan məni səslədikcə mən nəfəsinlə qanadlanacam və sənə doğru uçacam. .Sonra isə səninlə ölmək.

Səndə bir mən-Məndə bir sən....Buraxmaq eləcə qollarımı qollarına. .Könül rahatlığıyla sərilmək ayaqlarının altına. ..Qollarında ölmək nəhayət. ..Sonra da gözlərində doğulmaq yenidən...

Səndə bir mən-Məndə bir sən...Sən ... Sahilə uzanan bir dəniz .Mən...O sahildəki gün
şin alovlandırdığı torpaq. .Sen mavi ,dənizin sularındakı ən gözəl rəng...Mən isə maviyə həsrət yoxsul bir qum dənəciyi ..

Səndə bir mən-Məndə bir sən...Bahara özənən qış ikən mən, sən baharları qısqandıran cümlə. İndi iliklərimə qədər sənlə islanmışkən hansı həsrət hansı söz səni təsvir edər ki. .Seni ancaq mən izah edə bilərəm deyilmi?

Səndə bir mən-Məndə bir sən...Həsrətin sən olduğu bir yerdə başqa nəyə həsrət qala bilərəmki?...



(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri