Bir tək sən əskiksən

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 330
Səs ver:
(səs: 1)
Pəncərəmdən günəşin batışını seyr edirəm, sənsizliyimlə bərabər. Qəlbimdə olan sənlə danışıram, dəli olmuş kimi. Xəyal edirəm yanımda oluşunu, əlimi tutuşunu, saçımı oxşayışını. Xəyal edirəm uzaqda olan səsini, baxışlarını. Sadəcə xəyal...

Quşlar belə kədərləndi bilirsənmi? Sanki anladılar gözümdən süzülən həsrəti. Sanki məni təsəlli etmək istərcəsinə oxuyurlar sevgi nəğmələrini... Günəş belə batmağa tələsdi məni gördükdə. Yığdı saçaqlarını, tərk etdi səmanı ağlarcasına. Laki o səmasına sübh tezdən qovuşacaq, mənsə yenə sənsiz nəğmələrimlə rəqs etməyə davam edəcəyəm...

Səbəbi mənə bəlli olan bir alovda yanıram. Qıvranışlarım boş, qışqırıqlarım səssiz, sözlərim müəmmalı. Yenə sənsizliyimi xatırlatdı bir axşam çağı... Yenə qandalları qırıldı yaralarımın, yenə tərk etdi xoşbəxtlik həyatımı, yenə hökümranlıq edir boş xəyallar. Əslində dərdim səsizliklə əsən küləklər, hökümranlıq sürən məsafələr. Əslində dərdim... Səni sənsiz yaşamaq sevdiyim... Səni sənsiz yaşamaq...

Qarşılıqlı sevginin, məsafələrə lənətinin, əsəri düşdü gündəliyimə, günəşin batışında, xəlvətcə.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri