Etiraf edirəm ki.....

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 688
Paylaş:
Səs ver:
(səs: 1)
Kim soruşsa sevgilin var? "Yox" deyirəm..."Niyə?" deyirlər...Sevgilim yox,sevdiyim var deyə bilmirəm...Ümumiyyətlə etiraf mənim üçün çətin işdi...Məncə insanlar utandıqları bir şeyi etiraf etməzlər...Mənsə sənə görə utanmıram..Utanmaram...Sevgilin varmı? deyənə "hə,var,sevdiyim var,həm də çox sevirəm onu,ölənədək də sevəcəm"deyirəm...

Amma ya sənin üzünə qarşı bunları deyə bilərəmmi? Bax bunu bilmirəm...Bir gün çıxsan qarşıma "sevdiyini mənim də üzümə qarşı de" desən,yəqin ki, donub qalaram...Və heç nə deyə bilmərəm.....

Əslində isə etiraf etmək istədiyim o qədər sözüm var ki...Bir dinləsən məni...Bəlkə də başa düşərsən...Susuram bəlkə də amma hayqırmaq istəyirəm bütün dünyaya səni sevdiyimi.....

Məsələn ilk öncə səni necə sevdiyimi danışaram sənə...İmkansız sevgimi dinləyərsən sən də...Mən danışmağa başlasam bilirəm ki, göz yaşlarımı tuta bilmərəm...Bəlkə sən də ağlama deyərsən....Bəlkə...

Və sonra söyləməyə başlayaram mənim üçün mühüm,sənin üçün isə əhəmiyyəti olmayan etiraflarımı...Titrək səslə,qəlbim sürətlə döyünə-döyünə,dilim dolaşa-dolaşa danışardım qəmli hekayəmi sənə...

Etiraf edərdim qəlbimdəkilərini...Bilmirəm gözünün içinəmi baxardım,yoxsa başımı aşağımı salardım?Yəqin ki, gözlərinə baxsam sözlərə ehtiyac qalmazdı...Danışa bilməzdim...Sadəcə susardım...

Etiraf edərdim əslində xoşbəxt olduğumu,çünki o zaman sən var idin,o zaman gözlərinə baxmış olurdum...Və etiraf edərdim bir yandan da həqiqətən gülməməyimi...Çünki hər dəfə güləndə sən düşürsən yadıma...Və gülmüş kimi edirəm...İçimdə isə böyük fırtınalar qopur...

Hər dəfə sən düşəndə yadıma boğazım düyümlənir,gözlərim dolur,hər tərəf zülmətə bürünür...Bir tərəfdən isə qəlbim gülür,ətrafımda sanki çiçəklər açır...

Səni görəndə isə....Yenidən gəlirəm sanki həyata...Yaşamağa dəyər deyirəm...Sonra isə yenə bir hüzün çökür...Səssizcə ağlayıram...Ölmək istəyirəm...

Hər zaman bir gün səninlə danışacağımın xəyalını quraraq yaşayıram...Səninlə danışıb sənə hər şeyi izah edəcəyim günü ümidlə gözləyirəm...

Etiraf edirəm əslində güclü görünməyə çalışan biriyəm..Amma nə vaxta qədər bu aktrisalığımı davam etdirə biləcəyimi bilmirəm...Üsyan etmək istəyirəm həyata,niyə belə oldu? deyə.....

Və bunları deyərkən nə hiss etdiyini də bilmək istəyərdim...Ümumiyyətlə məni düşünürsənmi,heç ağlına gəlirəmmi bilmək istəyirəm...

Mən sənin ağlına gəlsəm də,gəlməsəm də,sən məni düşünsən də,düşünməsən də mən səni daima düşünürəm,ağlımdan çıxarıb ata bilmirəm...Mən əgər bunları sənə danışsam,bilmərəm məni dinləyərsən ya yox..Amma mən demək istədiylərimi deyərəm...Sonra bəlkə danışsaydım onunla hər şey yaxşı olardı deyə çarəsiz qalmazdım...

Amma indi çarəsizəm,çünki sənə heç nə deyə bilmirəm...Bircə bir şeyi bilirəm mən utanmıram sənə olan sevgimdən və etiraf edirəm ki, qarşılıqsız bir sevgi yaşayıram...Fərq etmir sevgin qarşılıqlıdı ya qarşılıqsız...Amma gərək sən sevginə layiq olasan,sadiq olasan...Onu yaşatmağı,böyütməyi,müqəddəsləşdirməyi bacarasan...Bəlkə də sevgi günahdır,onda etiraf edirəm ki, mən ən böyük günahkaram,cəzamı da çəkməyə razıyam...

loading...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 688
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Qarsiliqsiz sevgi ah ne cetindir.Insani o qeder yaralarki
24 dekabr 2017 13:52
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Xəyallar limanı
Qarşılıqsız sevgi çətindir o başqasına olan sevgisindən danışrasa buna insan necə dözsün məhv olar insan
insan sevdiyi tərəfindən sevilməy istər xoş sözlər eşitməy istər Allah sevənləri qovuşdursun hər kəs özünə layiq olan biri ilə sevgili olub ailə həyatı qursun
Təşəkkürlər
24 dekabr 2017 13:12
3
Şüşə kimi ol səni qıranı səndə kəs.!#
Offline
Meleknur
Əslində isə etiraf etmək istədiyim o qədər sözüm var ki...Bir dinləsən məni...Bəlkə də başa düşərsən...Susuram bəlkə də amma hayqırmaq istəyirəm bütün dünyaya səni sevdiyimi.....

Cox gozel duygulu sozlerdi
24 dekabr 2017 12:22
2
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Offline
Totu
Əslində isə etiraf etmək istədiyim o qədər sözüm var ki..
24 dekabr 2017 11:39
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri