Sən Yoxikən

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 2 068
Səs ver:
(səs: 0)
Sən yoxikən mən qızındım oduna sonsuz ümüdlərin... Gözlərim dikildi həsrət qoxulu yazılarıma,sildim göz yaşını ağlayan ürəyimin... Baxdım qəmli-qəmli yarıqaranlıq otağıma və birdə səndən yazmaqdan bezməyən dəli varlığıma. Mən hər gecə ağlatdım həzin mahnıları,qəlbimi dağlayan səssiz fəryadıma. Sən yoxikən mən düşündüm səni duyğularımın ən uca zirvəsində. Mən eşqin dənizində yelkənli bir qayıqda fırtınaya düşdüm sənsiz. İtirdim sahilimi, duman oldu hər tərəf,yox oldum tənhalıqda qaldım kimsəsiz.
Sən yoxikən mən axtardım yaxınları uzaqları,yalvararaq öpdüm ovuclarıma yağan yağışları... Küləklərə yalvardım əllərim olsun, oxşasın mənsiz qalan ipək saçlarını.
Sən yox ikən mən də yox oldum. Yoxluğunda əridim mən sən oldum. Həsrətin hər günündə yalan oldu yaşamağım. Şübhələrə əsir oldu bu dünyada olmağım. Yaşamaq nəfəs almaq deyil gülüm, yaşamadım mən, yoxluğunda nəfəs aldım. Bir nöqtəyə dikilib qalan, hər an səni xatırlayan, canlı gözlü heykəl oldum mən...
Sən yoxikən... pəncərədən baxdım yagışlara məzar olan bu qoca şəhərə. Yalvardım bu şəhərə, söylə dedim səni harda gizlədib, səni hansı küçəsində. Sən yoxikən... bilki barışmadım acı taleyimlə, seviəm səni sənə heyran ürəyimlə...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 068
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri