Bir müddət insanları anladığımı zənn etdim, sonra sadəcə zənn etdiyimi anladım...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 667
Səs ver:
(səs: 0)
Getmə deyə biləcək qədər güclü olmalı insan həyatda. Çünki heç kəs itirdiyini unuda biləcək qədər güclü deyil, əslində...

Hər kəs insanlığı pisə getdiyini qəbul edər, Kimsə Özünün pisə getdiyini qəbul etməz...

Özünə gəl, altı-üstü bir insansan hamısı bu. Əvəzolunmaz sanma özünü, torpağın altı özünü mükəmməl sanan insanlarla dolu...

Bir müddət insanları anladığımı zənn etdim, sonra sadəcə zənn etdiyimi anladım...

Qadının inamını qazanmaq çox çətindi- əgər o sənin həyatında tək deyilsə. Kişini aldatmaq çətin deyil, çünkü o ağlıyla yaşayır. Qadını aldatmaq demək olar ki mümkün deyil. Çünkü o intuisiyayla, duyumla yaşayır. Sən onun gözlərinə baxmağa cürət etməyəcəksən. Qorxacaqsan ki nəsə hiss edər, bütün yalanlarını anlayar...

İnsanlar bilmədiyi nəyisə bilmək, görmədiyi nəyisə görmək istəmirlər. Ona görə də heç nədə uğur qazana bilmirlər. Əslində heç buna ehtiyacları da yoxdur. Uğur qazanan kimisə seçib onun uğurunu aşağılamaq, onun uğuruna qara don geyindirib öz əsl balanslarını təmin etməkdən ibarətdi işləri...

Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan, sənə həqiqi dostlarının qiymətini xatırlatdıqları üçün...

Kiçik yerlərə gəlmiş böyük adamlardan qorxmayın. Böyük yerlərə gəlmiş, kiçik adamlardan qorxun...

Öz səhvlərini düzəltməyib, başqalarının əksikliklərini taparaq rahatlayan tək canlı insandır...

Tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkə də ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar...

Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun...

İki cür yaşanar həyat. Ya yaşadığın hər hadisəyə görə dərd çəkər, narahat olaraq, ya da yaşadıqlarından öyrənmən gərəkənləri öyrənib, yoluna davam edərek...

Hərdən kişi tək qalmaq istəyir. Elə qadın da. Və bunu bir-birlərində hiss edəndə çox məyus olurlar. Ələxüsus bir-birlərini sevirlərsə…

İnsanlar həmişə başa düşür. Nə desən onlar "başa düşürəm" deyəcəklər. Əla... Elə isə niyə hər kəs həyatında ən azı bir dəfə "heç kim məni anlamır" ifadəsini işlədir?...

Yaxşı insan xoşbəxtlik, pis insan təcrübə, yanlış insan dərs, mükəmməl insan iz buraxır...

Bəzi insanları vicdanları, bəzilərini eqoları, bəzilərini isə qürurları idarə edir. Vicdan süründürər, eqo kor edər, qürur isə yalnız buraxar...

Qadın necə güclü olursa olsun, özündən daha güclü kişini gözləyir. Azadlığını sənədləşdirməsi üçün yox , ona zəif olma hüququnu verə bilsin deyə...

Hamı fikirləşir ki zaman gələcək amma zaman ancaq gedir...

İnsanlar üçün sənin problemlərin və həqiqətdə necə yaşadığın qətiyyən maraqlı deyil. O vaxta qədər ki sən onlara lazım olasan...

Ağlatdığın bir qadının göz yaşlarını ya o vaxt silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 667
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri