Həyatda iki şeyi "sevgini və nifrətini" kirlətmə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 058
Səs ver:
(səs: 1)
Həyatda iki şeyi "sevgini və nifrətini" kirlətmə.İnsanı həyatda saxlamaq üçün ən güclü vasitələrdir.
Birini dəyərlin etmək üçün öz dəyəri sıfıra salma.Ən böyük dəyəri özünə ver.Sən olmasan sənin ətrafındakılar sənin yanında ola bilməzdi.Sən varsan deyə dostun,sevgilin var.Sən yoxsan dostluq da qalmaz sevgi də.(Təbii ki,söhbət səndən gedir)Özünə diqqət et.
Həyata neçə günlük gəlirik deyə bir plan qura bilmərik.Yaşamaq istədiklərini sabah deyə-deyə təxirə salmaq o günlərin ən böyük qatilidir.Bu günü necə gözəl etmək istədiyini dünəndən düşün.Səhər olunca ertəsi gün üçün.Beləliklə günlərini itirmiş olma.Həyat çox qısadır bəlkə.Doyunca yaşa.
Bunu mən daxil,hər kəsin dilindən bir dəfə eşitmisiz bəlkə."Mən yoruldum".İnsanları həyat yormaz,yora bilməz.İnsanlar istəmədikcə.
Xoşbəxt olmaq nə deməkdir? "SEVGİLİM VARSA,MƏN XOŞBƏXTƏM" deyən hər kəs əslində böyük bir bədbəxtdir. Xoşbəxtliyi bir əks cinsdə axtarmaq özünə qarşı haqsızlıqdır. Niyə haqsızsan? Çünki ən böyük xoşbəxtliyin özündə gizlənib.Bunu görmək istəməyən adam xoşbəxtliyə layiq deyil.
Xoşbəxt olmağın üçün özünü həqiqətən kəşf et.Daxilində gizlənən həm körpə,həm gənc olan özündən nələrsə öyrən.Bunu mütləq et.
Adam tanıyıram yeməyi görüncə xoşbəxt olur.(Özüm də daxiləm). Eləsi var heyvanlara qayğı görsədərkən xoşbəxt olur.Ayrı-ayrı yüzlərcə şey.
"Xoşbəxtliyin sirri özündədir!"
Hər zaman "Xeyir və Şər" mübarizəsi davam etməkdədir.Bu yolda Xeyirsənsə xoşbəxtliyə bir addım daha yaxınsan.
Səni hər zaman pis yola çəkəcək,yolundan döndərəcək insanlar olacaqdır.Əsla işıqlı yolu qoyub,qaranlığa dönmə.Ətrafının çox olması bir müddətlikdir,sən daim yanında qalan insanları orada saxla.
Dünyanın ən çirkin insanı belə gülərkən gözəldir.Gülümsə.
Körpə olarkən alınmış bir oyuncağa necə sevinirdinsə,böyüdükcə bu oyuncaqları başqa şeylərlə əvəz et.Amma sevinməyə hər zaman səbəbin olsun.
Birilərini güldürmək klonluq deyil, birinə bir gülüş bəxş etmək min savaba bərabərdir.İnsanları əsla incitməyin.
Ağlamayın demirəm,göz yaşları olmasa sevincin bir mənası qalmaz.Sadəcə göz yaşlarınızı dəyəcək birinə görə axıdın və ya sevinc göz yaşınız olsun.
Bir sözlə,dünya çirkin bir yer deyil,öz dünyanızı özünüz gözəl etməyə məcbursunuz.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri