Əllərimi buraxma!

Müəllif: Meleknur
Şərhlər: 7
Baxılıb: 4 639
Səs ver:
(səs: 0)
Əl-ələ tutuşmaq...Hansı yaşda olsanız olun qarşıdan baxıldığında çox xoş bir dad buraxır insanın baxışlarında.Uşağının əlini tutan bir ana ya da ata, nəvəsinin bapbalaca əllərini möhkəm- möhkəm tutan bir nənə və ya baba, sevgilisinin barmaqlarını eşq dolu qəlbinin atəşiylə yandırıb qovuran sevdalılar ya da üzlərində illərin xəttini, yaşanmışlıqların şirin izlərini saxlayan, amma əllərini bir-birlərindən heç ayırmayan və dəstək olan yaşlı cütlər...Hər birindəki ələlə tutuşmalar fərqli hisslər daşısa da, hamısında sevginin o parlaq işığı əks olunur. Güvən duyğusunun basqın dadı bir daha silinməmək üzrə damaqlara yerləşər. Tutdun mu sıx tutacaqsan sevdiyinin ya da uşağının əlini. Tutacaqsan ki sevgini hiss etsin əlini tutduğun adam. Ürəyindəki o sıxlığı əllərindən alıb öz ürəyinə daşısın. Güvən eşitsin. Yalnız olmadığını xatırlasın. Sevirsənsə sevişir kimi tutacaqsan sevdiyinin əlini; ana ya da ataysan hər cür çətinliklərdən və pisliklərdən qorumaq istər kimi. Yaşının son dəmlərini yaşayırsansa heç tərk etməyəcək zəmanətini verir kimi tutacaqsan, illərin köhnəltmədiyi yoldaşının əlini.İnsanların sevgini vermə formaları vardır. Kimi danışaraq, kimi yazaraq, kimi qarşısındakına toxunaraq daha rahat müəyyən edər duyğularını. Bu toxunmalarda əl-ələ tutuşmaq dadı tam fərqlidir.Çox həyəcanlı anlarda, çox çətinlikli zamanlarda yanınızda əlinizi tutacaq bir əlin olması, başınızı yaslayacaq bir çiyinin yanında necə də gözəllik qatar həyatınıza. Sanki əlinizi tutan dostunuzla dərdinizi, çətinliyinizi bölüşür kimi. Daha bir rahatlamaz mı insan, özünü çox daha yaxşı hiss etməz mi?Gecə qaranlıqda yatmaqdan qorxan uşağınızın əlini möhkəm tutun hələ, baxın necə gözəl bağlayacaq gözlərini yuxular aləminə. Biləcək ki anası ya da atası yanında, əli əlində, sevgisi ürəyində açan mis qoxulu bir çiçək kimi. Ya da gözyaşları axan, içini çəkə çəkə ağlayan uşağınızın əllərini tutun o anda. İsti duyğularınızla ürəyinə ''tək deyilsən, mən yanındayam'' siqnalları vermənin ən gözəl yolu deyil mi bu sizcə də?Quru quruya ''sənin üçün darıxdım'' demək yerinə, gözlərinizi gözlərinə dikərək, əllərinizlə əllərini möhkəmcə tutaraq ''sənin üçün darıxdım'' demək çox daha təsirli olmaz mı sevdalı ürəklərdə?Gedərkən əl-ələ olmaq, iki bədəndə bir can olmaqdır məncə. O isti təmasın sevgimizi taclandırmasına icazə vermək, ürəkdən ürəyə sevgini ötürmək çoxaltmaq varkən; əllərimiz boş durmasın. Hələ ki qarşımızda möhkəmcə tutacağımız bir əl, sevgi dolu bir ürək varsa...Bərk tut əllərimdən,bərk tut buraxma...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 639
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri