Dini statuslar

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 16 863
Səs ver:
(səs: 3)
Dünya nəfslərin, axirət ürəklərin, Allah isə sirlərin sevgilisidir. - Əbdülqədir Gilani

Allahdır yaratdığı hər şeyi gözəl yaradan. Quran 32/7

Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir... - Şəms Təbrizi

Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir. - Əbu Turxan

Məni bir mən bilərəm, bir də Yaradan. Mənə bir mən lazımam, bir də Anlayan... - Mövlana

İnsan Allaha ürəyiylə ibadət edər. - Əbdülqədir Gilani

Təmiz və ruhu oxşayan sözlər demək sədəqədir. Övladınızı əsla Allahdan qorxutmayın.Ona sadəcə günah işlərkən qorxmağı tapşırın. - Məhəmməd Peyğəmbər

Bir insan Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inanırsa, Allah da onu başqasına möhtac etməz. - Şəms Təbrizi

Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım.. Tək sənə möhtacam. Allahın sənə verdiyi nemətləri itirmə, Onun verdiyi nemətlərin əsəri səndə görünməlidir. - Əli bin Əbu Talib

Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar). Səni sevən, pis işlərdən səni çəkindirər; sənə nifrət edən isə səni bu işlərə təşviq edər.

Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər. - Məhəmməd Peyğəmbər

Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar. - Mövlana

Ümidini yıxma; Yusufu (ə.s) xatırla. Ayağın qırıldı deyə kədərlənmə. Allah sənə bəlkə qanad verəcək. Quyu dibində qaldın deyə üzülmə, bəlkə oradan belə bir qapı açılar. Yusuf (ə.s) quyudan sultan oldu.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 16 863
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri