Qəzəbdən çəkil,onun başlanğıcı dəlilik, sonu peşmançılıq olur..

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 6 109
Səs ver:
(səs: 0)
Ey nəfsim! Səni sən edən mənəm, məni də mən edən sənsən. Ya yola gəl bərabər gedək, ya da yoldan çəkil, mən Haqqa gedim!

Başqalarının qüsurlarından bəhs etmək istədiyin vaxt, öz qüsurlarını xatırla. O zaman başqalarının qüsurlarından danışmağa haqqın olmadığını xatırlayarsan.
Hz. Məhəmməd

Hər adamın iki rəsulu vardır. Biri zahir, digəri qərbin. Zahir dildir, Qərbin könüldür. Dil Məhəmmədə, könül Cəbrayıla bənzər.
Hacı Bektaş Vəli

Allahım! İnsanlar səni verdiyin nemətlər üzündən sevərlər; mənsə səni verdiyin bəlalar üzündən sevərəm.
Həllac Mənsur

Yaxşılıq et əhli olana da, olmayana da, əhlinə isabət etsə yerini tapar. Etməz isə əhli sən olarsan. Hz. Məhəmməd

Biz, ayaqları şişənə qədər namaz qılan peyğəmbərin gözləri şişənə qədər yatan ümmətləriyik.
Necib Fazil Kısakürek

Allahı tapan nəyi itirər, Onu tapmayan nə qazanar. Allahı tapan hər şeyi tapır, Onu tapmayan heç bir şey tapa bilməz. Tapsa da başına bəla tapar.

Mömin hər əxlaq üzrə sahib əxlaqlanar. Amma onda yalanla xəyanət olmaz.
Hz.Məhəmməd

Alim, elm və əməlin yeri cənnətdədir. Alim, elmi ilə əməl etməzsə, elm və əməl cənnətdə, alim isə cəhənnəmdə olar.
Hz. Məhəmməd

Allah sevdiyi bəndəsinə əzab verməz, onu sadəcə çətinliklərlə imtahan edər...
Hz.Məhəmməd

Allahı görürmüş kimi ibadət et. Çünki, sən onu görmürsən, amma o səni görür. Allahdan utanmayan, insanlardan da utanmaz.
Hz. Məhəmməd

Qəzəb hər bir pisliyin açarıdır.
Hz. İmam Sadiq

Xalis əməl odur ki, onu etdiyinə görə Allahdan başqa bir kəsin səni tərifləməsini istəməyəsən.
Hz. İmam Sadiq

Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır.
Hz. İmam Rza

Ağıllı şəxs odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini dünyasına dəyişməsin.
Hz. Əli

Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.
Hz. Əli

Kim insanların yaxşılığının müqabilində təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir.
Hz. İmam Rza

Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.
Hz. Əli

Heç bir şey namaz qədər şeytanın burnunu yerə sürtmür. Belə isə namaz qılın və şeytanın burnunu yerə sürtün.
Hz. İmam Mehdi

Ey insan! Öləcəyin günü bilmirsən; heç olmazsa ölümlü olduğunu bil!
Hz. Mövlana

Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.
Hz. İmam Hüseyn

İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.
Hz. Hüseyn

İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.
Hz. Əli
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 6 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri