Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 4 576
Səs ver:
(səs: 0)
1. Paxıllıqdan daha betər yandırıcı od ola bilməz. Paxıl adam heç vaxt rahat yaşaya bilməz.
Onun öz kədəri də,başkalarının fərəhidə ona dərd olar.
2. Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir.
3. Heç bir ehtiras sevgi və paxıllıq qədər insanı ovsunlaya bilməz.
4. Paxıllıq milçək kimidir, sağlam yerlərə deyil, həmişə yara-xoranın üstünə qonur.
5. Yalnız heç nəyə yaramayan adamların paxıllığını çəkmirlər.
6. Heç kəsin paxıllıq etmədiyi adam heç adam deyildir.
7. Əzab çekmək istəmirsənsə paxıl olma.
8. Paxıl adam özgələrindən çox özünə ziyan vurur.
9. Paxıl adam bir dəfə ölmür,rəqibi haqqında tərifli sözlər eşitdikcə hər dəfə ölür.
10. Paxıl ölər,paxıllıq heç vaxt ölməz.
11. Paxıllıq xam at kimidir - heç vaxt sahibini mənzil başına sağ salamat çatdırmır.
12. Paxıl adamı narahat etmə,onsuz o narahatdlr.
13. Bəzən mal,mülk, təhsil və bu kimi şeylərə öz xoşbəxtçiliyimiz naminə deyil,
başkaları ilə rəqabət apardığımıza görə nail olmaq istəyirik.
14. Pas dəmiri yeyən kimi,paxıllıqda insanın qəlbini yeyir.
15. Mənim kiməsə paxıllıq etməkdənsə, qoy düşmənlərim mənə paxıllıq etsinlər.
16. Dünyada paxıl adamı heç nə sakitləşdirə bilməz.
17. Paxıl adam cənnətə girməz,girsə də rahatlıq bilməz.
18. Paxıl adam elə bilir ki,qonşusunun ayağı sınsa,o daha yaxşı yeriyər.
19. Paxıl başkasına ox atar,ancaq özünü yaralar.
20. İnsanlar hətta dəbdəbəli dəfn mərasimlərinə də paxıllıq edirlər
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri