Pul hərisliyinin acı nəticəsi

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 144
Səs ver:
(səs: 0)


 
Onlar xoş bir yay səhərində, qəribə təsadüf nəticəsində tanış oldular. İlk baxışdan qəlblərində sevgi duyğusunun yarandığını hiss edirlər. Və beləcə başladı onların kitablarda oxuduğumuz, seriallarda gördüyümüz sevgi romanları... Əsl sevgi idi bu, şirini ilə, acısı ilə. Sevinclə gələrdilər bir-birlərinin görüşünə, titrəyə-titrəyə ilk dəfə tutdular bir-birlərinin soyuqdan üşüyən əllərindən və dərhal sevgidən isindi soyuqdan üşümüş o əllər... İlk dəfə öpüldü o dodaqlar, sevgi kəlmələri eşitdi heç vaxt bu qədər gözəl sözlər eşitməyən o qulaqlar...Beləcə yaşandı nə az, nə də çox, düz 1 il müasir dövrün Leyli sevgisi, Məcnun məhəbbəti!
Sevənlər qovuşmaq, hər açılan dan səhərini birgə açmaq, düşən gecəni bir-birinə sarılaraq keçirmək istədilər. Əhd edib peyman bağladılar ki, görüş yerlərinə övladları ilə birgə gəlib, bu müqəddəs, ilahi sevginin tarixçəsini onlara da nəql edəcəkdilər. Amma fələk öz sadığını saydı...
Bəziləri hər bir işi QİSMƏT adlandırır. Qisməti biz insanlar özümüz müəyyən etmirikmi? Bu sevgililərin qovuşmasına valideynlər, daha düzü, onların var-dövlət hərisliyi mane olmasaydı, başqa kim onları ayıracaqdı ki? Əhvalat belə olur: Oğlan qıza qarşı olan saf niyyətini valideynlərinə bildirən kimi ata və ana qızın xasiyyəti, biliyi, ağlı ilə deyil, dərhal "atası kimdir?, harada işləyir?, necə dolanırlar?” kimi suallar yağdırmağa başlayırlar. 1 ildir ki, qızı dərin məhəbbətlə sevən oğlan "heç bu sualları ona verməmişəm, axı bu bizim nəyimizə gərəkdir ki?” soruşur.  
Oğlanın valideynləri "ciddi araşdırma” ya başlayırlar. Məlum olur ki, oğlanlarının bir könüldən -min könülə aşiq olduğu qızın ailəsi dünyanın ən qatı cinayətkarı, qatili və soyğunçusu qədər qorxulu bir ailə imiş: ayaqqabı təmirçisinin qızının imkanlı oğlana ərə getməyə necə haqqı ola bilər? Tanışlar deməzlər ki, belə bir ailə ayaqqabıçı ilə niyə qohum oldu, az idimi müəllim, həkim, deputat ailəsi quda olmağa?
Nə isə, bu kimi söz-söhbətlər iki sevən gəncin yollarını ayırır, qızın da, oğlanın da uzun sürən cəhdləri heç bir fayda vermir. Oğlanın valideynləri artıq hökmü oxumuşdular: AYRILMALIDIRLAR!
Kasıblığı ucbatından sevdiyinə qovuşa bilməyən qız heç vaxt yoxsul həyatla barışa bilmir. Mübarizə aparır, iş axtarır, özünü cəmiyyətdə təsdiqləmək üçün hər bir yola əl atacağına söz verir. "Ömrüm”, "günüm, "həyatım” kimi ən gözəl sözləri aid etdiyi sevgilisinin ayrılığına dözə bilməyən oğlan isə bir yolluq baş götürüb bu diyardan köçür, qürbət eli özünə vətən seçir. 
İllər keçir... Nəhayət, bir gün onlar, keçmiş sevgililər görüşürlər. Böyük bir mərasimdə üz-üzə gələrək bir-birlərini çətinliklə tanıyırlar. "Bəli, bu odur!” deyir oğlan. "Ahh, ilk eşqim” qızın dodaqları sızıldayır. Amma artıq hər şey dəyişmişdi. Oğlanın tanıdığı saf bir qız əxlaqsızlıq yolunu tutmuşdu. Şəhərin ən tanınmış bar qızlarından birinə çevrilmişdi. Depressiya, qürbətlik acısı isə oğlanın saçlarına vaxtsız dən salmışdır. Təsadüfən mərasimin sonunda onları ayırıb ilk, həm də müqəddəs sevgilərinin üzərindən xətt çəkmiş valideynlərlə qarşılaşan qız öz brend avtomobilini, dollarlarla dəyəri ölçülməyən kürkünü onlara nümayiş etdirib göz yaşlarında boğularaq deyir:
- Ailəmin kasıb olduğuna görə bizi özünüzə sığışdırmadınız! İndi sizdən qat-qat varlıyam, tanışlarım da ölkənin ən nüfuzlu adamlarıdır. Sizin arzuladığınız varı-dövləti qazandım, amma ismətimi itirdim. Oğlunuzun gül tək gəncliyi hədər oldu. Səbəb çox bəsit və gülməli idi: sizin pul hərisliyiniz! İndi hər şey var, amma o günləri, o sevgini, o namusu necə qaytararsınız söyləyin mənə?!
İçin-için ağlayaraq maşınına əyləşib yola düşür. Valideynlər mütəəsir olurlar, amma artıq çox gec idi!
Səhər televiziya da, qəzetlər də bir xəbəri önə çəkirlər:
Dünən gecə dəhşətli yol qəzasında bir xanım dünyasını dəyişib....

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri