Keçmiş zamanın xəyalı

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 437
Səs ver:
(səs: 0)

 

 

 Aynalardan əksim silinib çox uzun zamandır. Baxdığımda sadəcə yaşaya bilmədiyim illərimi görürəm. Sadəcə yazığım gəlir özümə... 

 

Bacarmıram ki, bacarmıram kiməsə baxmağı, fikrimi yönəltməyi. Kaş ki bilərdin hər gecə mənə yaşatdıqlarını. Əsərək, titriyərək, hıçqıraraq ruhumun sənsizliyə çəkildiyini. Üzünü bir kərə qarşımda görmək üçün bitirəm o hallarda. Bilirəm görsəm də yetməz qəlbimdəki yaranı bağlamağa... Baxaraq ağlaram çarəsizliyimə, toxunmağa belə qorxaram əlçatmaz arzuma. Bax o zaman qısılaraq yatağıma sarılaram oyuncagıma var gücümlə. Sanki buraxsam o da tərk edər deyə qorxuram. Cansız, qəlbsiz bir oyuncaqdan təsəlli umaram. Halbuki sən canlı olsan belə duymadın məni. Sənin qəlbin var amma sənin sevgin təsəlli etmədi qəlbimi. 
Bir gün illər keçəcək və mən bir zaman biz olan yerə gələcəm bizi görmək üçün. Bir zaman xoşbəxt olan iki insanı görəcəm. Oturacam bir kənarda seyr edəcəm bu iki insanı nə zamanlar varmış da biz bir-birimizi görmək üçün görüşə gələrdik bu məkana... Bəlkə də qəlbim dolacaq ağlayacam göz yaşlarım məni utandıracaq. Zənn etmə ki, başqa bir həyatda sənsiz yaşayıram. Mən yaşadıqlarımı unutsaydım indi bu məkanda acizcə oturmazdım. Narahat olma yaşamadım o sevinci heç vaxt səndən sonra... Olanlar da buna yetmədi, yetmədi heç kəs... Səndə nə var ki, bilmirəm məni beləcə laqeyid edir insanlara qarşı. Sən var olmuşdun səndən sonrasını silmək üçün.Indi sadəcə mən varam mənim həyatımda... indi sadəcə MƏN!
Zaman tükətmədi məni bilirsən... daha da olğunlaşdım. İnsan yalnız qalınca hər kəs onu yalnız buraxar. Amma mən yalnız deyiləm mən yalnızılığımı qələmimlə paylayşıram. Sənin adını verdim ona. Çünki sadəcə sənin üçün yazır. Əvvəllər sıxldığımda, boğulduğumda ehtiyac duyurdum kimlərsə paylaşmaq üçün. Amma artıq buna da güc gəlirəm. Kimsəyə gəl mənə həmdəm ol deyəcək qədər acizləşmirəm. Onsuzda anlamz heç kəs məni, bir tək Yaradan anlayir.
Mən yaşaya bilmədim səninlə. Sən həmişə məndən bir addım öndə oldun. Mənsə iki addım geridə. Mən hər zaman xəyalımı səninlə yaşadım. Hələ də tək sənin xəyalınla yaşayıram.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 437
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri