Bu şəhərdəki yalnızlığım

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 476
Səs ver:
(səs: 0)

 

İslaq küçələr mövsümündəyik artıq
Bu izdiham dolu şəhərə kədər yağar bu zamanlarda
Təklik yağar küçələrə
Darmadağın saçlar,islanmış üzlər həmişə yerlərdə qalar.
Unudulan sevgilər xatırlanar,ya da sevgilər unudulmağa çalışılar.
Hər addımın təkliyə uzanar.Yenə də sürətli addımlar atılar,qaçılar bu küçələrdə
Hər kəs öz mahnısını oxuyar üzünü büzdürərək.
Hər kəs öz hekayəsini ən kədərli sanar.
Özü böyük bir yalan ikən gerçəyi axtarar bu şəhər...
Küçələri kimi evləri də acı ilə doludur.Gözyaşları axar pəncərələrindən.
Gecələr gerçəklərini saxlayarda hər gün başqa bir maska taxar insanları.
Həyatları vardır,anladıqları,tək qaldıqları zaman yaşadıqları...
Sevgiləri bir damla göz yaşında boğular bu şəhərin.
Onun üçün gecələri yeni həyatlar yazılar kimsənin bilmədiyi zamanlara...
Onun üçün heç kim kədərlənməz gedənlərə və ağrıyar geridə qalanlara...
Hamı öz mahnısı oxuyar bu şəhərə,yalnız öz acılarına bağlanar
Hər kəsin teatrıdır...
Bu şəhər hər kəsin ən yalan səhnəsidir.
Və ona görə tapılmağı gözləyər bu şəhərin dənizlərində incilərin ən saxtası
Yenə də yalan olduğunu bilə-bilə eyni oyunu oynayar bu şəhərin insanları...
Hər kəs öz hekayəsini ən kədərli sansa da hər gecəni qara rəngləyər gündüz yalanları....

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri