SONUNA GƏLDİK...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 747
Səs ver:
(səs: 0)

 

Bəli.. Sonuna gəldik indi. Bütün sinirləri məcbur etdik, fürsətlərimizi tükəndirdik. Və ən önəmlisi sevgimizi. İçimizi soyuq qış gecələrində isidən, əllərimizi birləşdirən, maneələrə qarşı güc verən sevgimizi... Çox özlədim başımı hər çiyininə qoyduğumda hiss etdiyim o güvəni, gözlərini gördüyüm anlarda gözlərimin, sənin olmağını..

Artıq danışılacaq heç bir şey qalmadı... Mənə xəyanət etdiyin gün, içimdəki hər şeyi tək bir hücumda yıxtıqın gün, əslində söylənəcək hər şey bitmişdi. Amma mən göz yumdum, təsəlli tapdım mənasız hərəkətlərində. Özümü aldatdım yalan sözlərinlə. Sənə qıza bilmirdim belə. Həmişə məni xoşbəxt etdin bir zamanlar deyə, az qala məni aldatdığın üçün təşəkkür edəcəkdim sənə.

Zaman güclə axıb gedərkən əslində bilmirik çiyinimizə nələrin yükləndiyini... Sonra gün gəlib geriyə baxdığımızda, ürəklərimiz parça-parça olur. Sən həmişə bundantifadə etdin. Mənə köhnələri xatırlatdın. Səni

unutmağıma maneə törətdin. O qədər məni məhv etdin ki, artıq sənə qarşı içimdə ən kiçik bir inam qalmadı belə.

Acıyla bəsləyib içimə axıtdığım göz yaşları daş idi içimdə. Üsyan etdilər. Duyğularım məni tərk etdi... Uzun bir aradan sonra onu görmək gözəldi əslinə baxsan. Onun sayəsində gücləndim bir az da olsa. Amma çox çətindir bilirsənmi ? Çox çətin... Xəyanətin yükünü daşımaq, getdiyim hər yerə aparmaq, həmişə xəyallara dalıb getmək və yalnız yaşadığım hər saniyə səni düşünmək çox çətindir.. 

Sınadım.. Başqa şeylər də sınadı.. Səni unutmaq üçün hər şeyə əl atdım, amma əslində səni unutmağı heç istəmədim. Ürəyim səni buraxmaq istəmədi. Onu kimsədə tapa bilməzsən deyə elə sərt idiki ürəyim, kimsəni yerinə qoya bilmədim. Kimsənin baxışını, baxışının yerinə qoya bilmədim, kimsənin gülüşünü, gülüşünün yerinə qoya bilmədim, əllərimi tutuşunu, mənə sarılmağını heç bir şeylə müqayisə edə bilmədim.

Hər gedişində içimdəki bir şeylər də qopub getdi. Maneə törədə bilmədim. Sanıram artıq hər şey bitdi. Hiss edirəm bunu. Bəlkə də yüzüncü dəfə eyni şeyi deyirəm amma bilirəm.. Dərinliyimdə, bir yerdə hiss edirəm. 

 


 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 747
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri