Bağışla...amma məni əvəz edə bilməyəcəksən!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 485
Səs ver:
(səs: 1)
Bağışla...amma məni əvəz edə bilməyəcəksən!
Sən onun gələcək həyat yoldaşısan, mən isə onun keçmişində qalan gələcək arzuları...
Buraxma onu...İnan ona ki, hər şeyi unudacaq...Bağışla onu fikrində mən olduğuma görə...

Bilirəmki, sən başını onu çiyninə qoyanda,sənin saçını sığallayanda..
Başa düşür ki, bu onun sevdiyi saç rəngi deyil, ki bu saçlar mənim saçlarım qədər uzun və ətirli deyil...

Sən səhər oyananda, görəcəksən ki, çiynini çəkib başını yumuşaq poduşkaya qoyub...
Ona əsəbləşmə tünd, qara , şəkərsiz kofeyə görə...sadəcə mən onu sevirdim...
Hər səhər mənə kofe düzəldərdi...Sən isə ona səhərlər çay içməyə öyrəşdir...

Hətta sən ona gələcək birgə həyatınız haqda planları danışdıqda, o məni fikirləşəcək...
Hə, o sənə uzun, ensiz, ağ paltar alacaq... Mənİ qısa, enli, qara paltarda sevdiyi üçün....

Onun balaca qardaşı, ona aldığın bahalı, maraqlı oyuncaqlara baxmayaraq səni heç vaxt çox istəmiyəcək...
Bağışla onu, hər gecə necə olduğumu soruşmadan yuxuya gedə bilmədiyinə görə...

Şəkillərdə qəmgin gözlərini hiss etdiyini bildirmə...
O gözlər mən yanında ikən gülərdi...

Bununla barış ki...Hərdən köhnə nömrəsini taxıb çarəsizcə məndən mesaj gözləyəcək...
Bütün mesajlarımı silə bilərsən, birgə olduğumuz bütün şəkilləri yandıra bilərsən... Ona özünü verə bilərsən..
Bağışla...amma heç vaxt məni əvəz edə bilməyəcəksən...!

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 485
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri