Əsgər yolu gözləyənlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 7 168
Səs ver:
(səs: 2)

 

 

Əsgərlik hər bir vətən oğlunun vətənə olan borcudu.Əsgər getməyən oğlana (üzürlü səbəbi olmadıqca) ailələrimiz çox vaxt qız verməkdə tərəddüd edirlər.Əgər bu gün Vətənə olan borcunu verməkdən bir oğlan qaçırsa,deməli o çətinliklərdən qorxur və gələcəkdə çətinə düşdüyü zaman qızımızı da qoyub qaça bilər qorxusu yaranır.Xanımlar da əsgərliyini çəkmiş sevdiklərimizlə fəxr edirik.Lakin bir əmması var ki,bu əsgərlik müddəti hər bir sevən insana zülüm kimi gəlir.Həm əsgərin özünə həm də sevdiyinə ən az bir il ayrı qalmaq çox çətin olur.Kimimiz günlük tutur,kimimiz təqvimdə ötən günləri qaralayır,geri qalan günləri isə sayırıq hər gün,onun gələcəyi günün xəyalını qurur və onu necə qarşılayacağımızı düşünürük.Ən əsası hər an əlimiz Allahda dua edirik ki, sağ salamat gəlsin çıxsın.


Yenə də günlərim hüzünlü, qəlbim acılı,
Ağlımdan çıxmayır eşqin havası.
Çarəsiz təsəllim sənsən ürəyim,
Mənim əsgər sevgilim həsrət sevgilim.

Mənim bütün arzularım səninlə bağlı,
Yaşamaq nədir heç bilə bilmirəm.
Çarəsiz təsəllim sənsən ürəyim,
Mənim əsgər sevgilim həsrət sevgilim.

 
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 7 168
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri