Mənə göz yaşı borcun var

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 939
Səs ver:
(səs: 0)

Mənə göz yaşı borcun var

 

Adam gənc qadına səsləndi:

- Mənə gözyaşı borcun var!

Gənc qadın soruşdu:

- Necə ödəyərəm?

Adam gözlərini qırpdı:

- Haydı gülümsə!

Gülümsədi gənc qadın. Adam, cibindən dəsmalını çıxarıb, borcunu sildi. Və dəsmalını diqqətlə qatlayıb, yenə ürəyinin üzərindəki iç cibinə qoydu. Bir dəstə bənövşəyi sümbül vardı qadının əlində. İkisi də bahar iy verirdi... Biri yaz, digəri payız. Adam, səsləndi yenə:

- Mənə xoşbəxtlik borcun var!

Gənc qadın, bir az xəcalətli, bir az çaşmış soruşdu:

- Necə ödəyə bilərəm?

Həyəcanlandı adam:

- Haydı yat dizlərimə!

Gənc qadın bir pişik itaətliliyində, yatdı adamın dizlərinə yavaşca. Adam, şəfqətlə saçlarını daramağa başladı qadının. Saçları, günəşə və yağışlara həsrət heç yaşanmamış baharlara bənzəyirdi. Çarəsizliyini hördü sıra sıra.

Sonra saçının hər telinə, xoşbəxtliyin qışqırıqlarını bağladı adam. Çatmadı, gizli düyün atdı... Ağladı...

Hava qaralmaq üzrə idi. Çöldə yağış yağırdı dəli tərəfindən. Adam, davamlı borc dəftərlərini qurdalayırdı. Gənc qadının gözlərinin içinə baxdı:

- Mənə ürək borcun var!

Borcunun fərqində idi sanki gənc qadın, çaşmadı.

- Bu borcumu necə ödəyə bilərəm?

Adam qollarını uzatdı...

- Haydı tut əllərimi!

Sümbül qoxusu sinmiş əllərini uzatdı gənc qadın. Əlləri elə isti idi ki, əriyiverdi bütün borcu ovuclarının içində.

Gənc qadın getmək üzrə idi. Adam son dəfə səsləndi:

- Mənə can borcun var!

Qadın diksindi:

- Canmı? 

Siqaretindən dərin bir nəfəs aldı adam...

- Bəli... Can borcun var. Sənsizlik öldürür məni!

Xoşuna gəldi sözlər qadının...

- Yaxşı bu borcumu necə almağı düşünürsən?

Adam, bir az daha yaxınlaşdı...

- Yum gözlərini!

Heç tərəddüd etmədən yumdu gözlərini. Adam da yumdu gözlərini, günahsızca bir öpüş qondurdu qadının titrəyən dodaqlarına.

- Bu nə indi etdiyin? deyərək çatdı əzələlərini qadın...

Adam, peşmanlıqla, məmnunluq arasında gedib gəldi. Kəkələdi...

- Həyat öpüşü idi!

Qısa bir səssizliyin ardından bu dəfə qadın öpdü adamı şəhvətlə... Adam, çaşdı...

- Ya sənin bu etdiyin nə idi?

Gənc qadın qapıya yönəldi...

- Vida öpüşü! Qalan borclarıma qarşılıq, ürək dolusu çarəsizlik və bir də bənövşəyi sümbüllərini masanın üzərinə girov buraxıb getdi gənc qadın. Adam qaçdı arxasından sümbülləri geri verdi qadına.

- Nə olar yaxşı bax ümid çiçəklərimə, solmasınlar...

Gənc qadın sümbülləri götürdü...

- Maraqlanma, gün həddindən artıq sularım çiçəklərini!

Adam sevindi...

- Günəşə, suya ehtiyac yoxdur. Gülümsə yetər!

Qadın gözdən itərkən qışqırdı adam:

- Ümidlərimi zamin etdim. Unutma, mənə eşq borclusan!

Qışqırığı yağışa qarış idi; qadın, yağışı hiss etməyən kütləyə...

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 939
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri