Sevginin Hədiyyəsi Özüdür!(sadəcə olaraq oxuduqca yaşayın hər cümləni)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 672
Səs ver:
(səs: 0)

 

 


Sevgiyə bəhanə lazım deyil. Sevgiyə qarşılıq istənməz. Sevginin hədiyyəsi özüdür.
Nə vaxt sevməyi təcrübə etsəkhəmişə önünə arxasına baxarıq. İçində bu hərəkəti etməyə dəyər başqa şeylər axtararıq. Halbuki sevginin özüdür əhəmiyyətli olan; sevməyi öyrənmiş olmasıdır bir ürəyi qiymətli edən.
Sevgi, çöldən baxılaraq öyrənilməz. İçində olmaq lazımdır. Damarlarında qan kimi axdığını hiss etmək, yaydığı dincliyi eşitmək lazımdır.
Bizlər sevgiyə qiymət qoyarıq və ya biçdiyimizi zənn edərik. Sevgi satın alınmaz, dəyişdirilməz, ortaya qoyula bilməz, üstünə bəhs oynanmaz. Sevgiyə bir əvəz ödədiyini düşünənlərin alıb götürdükləri tək şey, bədəndir. Kimsə hislərə etiket qoya bilməz.
Bizlər sevgiyə qarşılıq gözləyərik. Sevmək üçün şərtlərimiz vardır. Alıb götürdüyümüz qədər vermək istəyərik. Olmaz! Sevgi sərhədsizliyiylə güclüdür. Ətrafını sərhədlərlə bürüsən, sevgi orada yaşaya bilməz.
Nə vaxt bəziləri sevgidən qarşılıq gözləsə, qəmginliyə uğramışdır. Gözləmədən sevməyi öyrəndiyi zaman ürək, həqiqətən bütün varlığıyla yaşayır sayılar.
Birini sevmək, onun sizi sevməsini gözləməyi tələb etməz. İnsan yalnız özü üçün sevər ya da sevməlidir.
Sevgiylə yetişkinləşər insan dediyin varlıq. Sevginin içində yeriyərkən böyüyər, inkişaf edər, özünü tamamlayar. Ardında çıxar, mənfəət varsa, onun adına sevgi deyilməz,
Yetişkinləşmiş sevgi, yalnız özündən məsul olmaqdır çünki gözləmə içinə girmiş bir ürək, sonunda mütləq qırılacaq.
Sevgiyə küsülməz! Yenidən sevilər, yenidən o möhtəşəm duyğunun qollarına atılar insan. Başqası üçün deyil, özü üçün təkrar və təkrar bezmədən sevməlidir. Hər sevişin, ürəyinizi daha olğun, daha təcrübəli və daha dinc edər.
Sevgi, içində nifrət, kin kimi pis duyğular saxlamaz. Saxlayırsa onun adı sevgi ola bilməz. Sevgi safdır və qarşılıq gözləməz. Sevə bildiyi qədər böyüyər insan, sevə bildiyi qədər özünü tapar.
Bu həyatda var olmanın səbəbi, özünü tanımaq, özünü bilmək, özünü inkişaf etdirməkdir. Və bunun tək bir yolu vardır; sevmək! Sevə bildiyiniz qədər çox sevin. paylaya bildiyiniz qədər dpaylayın sevginizi. Sevgi, pul kimi deyil, xərclədikcə azalmaz. Tam tərsi, sizi böyüdər. Sizə başqa qapılar açar. Özünüzlə üzləşmənizi təmin edər. Sizi, bütün ömür boyunca axtardığınız sizə yaxınlaşdırar.
Qarşınızdakını sevdiyiniz üçün bir əvəz ödətdirmək, getdiyi üçün kin duymaq inancınızı itirmək, sevginin özünə yaraşmaz. Siz yalnız sərhədsiz olaraq sevməyi təcrübə edin. Sevdiyiniz zaman bir qarşılıq gözləməyin çünki sevginin hədiyyəsi özüdür. Yanında başqa hədiyyə paketinin olmasından xoşlanmaz sevgi!

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri