Getdi...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 962
Səs ver:
(səs: 2)

 

Getdi...

Tək bir söz belə söyləyə bilmədim, ağızımı açdım amma səsim çıxmadı… çıxa bilmədi bəlkə də…

yaddaşımı məcbur etdim -getmədən başqa bir söz gəlmədi ağılıma…

niyə deyə soruşsa verəcək cavabım yox idi…

alışdım sənə belə deyə bilməzdim ki daha alışmamışdım belə özümə… öz yaşadıqlarıma duyğularıma etdiklərimə belə hər saniyə çaşan mən bir başqasına alışdım sənə deyə bilməzdim… demədim də…

getdi…

baxdım arxasından… uzun uzun…

heç bir şey hiss etmədiyimi anladığım an kədərləndim… hirsləndim özümə… hər vaxt söyləyəcək çox şey bulan mən, tək söz tapa bilmirdim…

ovutdummu özümü beləsi daha yaxşı deyə həqiqətən də beləsi dahamı yaxşı idi bilmirəm… sanıram bilməyəcəyəm də…

insan tək və özünə dönük bir heyvan idimi həqiqətən… itirdiklərində birlikdəliyinəmi yoxsa özünəmi kədərlənirdi…

daha çox birlikdə paylaşma yaşaya bilmədiyi üçünmü yoxsa bir müddət tək qalacağı üçünmü çaxnaşma yaşayırdı…

qalınca bir başına ağılına gözəl xatirələrin gəlməsi və əgər təklik uzun sürsə pis günlərin azalıb keçmişin sanki bir pəri nağılına dönüşü bir aldanma idimi?

Əsla olmayacağını bilə-bilə darıxmaq köhnəni, gözəl bir filmmiş kimi bəhs etmək yenisini tapa bilməmənin bir nəticəsidirmi yoxsa o qədər qiymətli idimi yaşananlar həqiqətən…

bunu bir gerçək fərz etdiyimdə artır zaman zaman o gün tək söz belə söyləyə bilməmənin verdiyi qəribə sızı…

indi düşündüyümdə söyləyəcək çox şeyim var…

…getmə…

…çünki…

…səni sevirəm…

…bəlkə özümə alışa bilmədim amma sənə alışdım…

…getmə…

…və məni məhrum buraxma gülüşündən…

…getmə…

…özündən, saçlarından…

…gözəl əllərindən və onları şəkilləndirmə formasından…

…getmə…

…qulaqlarım səsini darıxmasın……getmə…

…bənzər birini gördüyümdə titrəməsin dizlərəm dayandıq yerdə…

…getmə…

…eşqdəndir tündxasiyyətliyim…

…getmə…

…bədənim bədənini darıxmasın…

…getmə…

…yarım qalar hər şey inan mənə…

…danışacaq, edəcək çox şeyimiz var daha…

…getmə…

…nə olar…

…getmə…

…məni sənsiz buraxma…

…deyə bilmədim…

…getdi…

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri