Sevgi Yayaraq Qorxularınızı Məğlub Edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 278
Səs ver:
(səs: 0)

Belə diqqətlicə ətrafınıza baxıb düşündüyünüzdə, Tanrının kainatdakı hər şeyin əleyhdarını yaratdığını yəni ziddlikləri bir araya gətirdiyini asanlıqla fərq edə bilərsiniz.
Rənglər, duyğular, fəsillər, cinsiyyət, hisslər -Hamısı təzadlarıyla mövcuddur bu həyatda. Bəlkə də bütün bu ziddliklərin bir arada olmasıdır kainatı gözəlləşdirən və kainata rəng qatan.
Kainatdakı bu iki təməl duyğunun yəni "sevgi" və "qorxu"nun bütün digər duyğuların qaynağı olduğunu öyrənib bunu daxililəşdirdiyim zamandan bu yana, özümü və insanları daha fərqli bir ölçüdən müşahidə etməyə və anlamağa başladığımı fərq etdim. "Cazibə qanunu"na görə bu ziddliklər bəzən sürətlə bir-birlərinə doğru çəkilə bilirkən, digər tərəfdən də "İtələmə qanun"una görə birdən bir-birlərini itələyə bilirlər.
Mövzunu ikili əlaqələr baxımından "kvantın düşüncə sistemi"nə görə irəlilədək. Hamımızın ətrafında çılpaq gözlə görə bilmədiyimiz elektromaqnir dalğaları var. Və bu dalğalar, duyğu və düşüncəmiz nə isə o istiqamətdə titrəşmə göndərər və yayılarlar. Yəni "təməl duyğu tonu"nuz qorxu isə həmişə sizi qorxudan adam, vəziyyət və hadisələri həyatınıza çəkərsiniz ya da tam tərsi "sevgi enerjisi" yayırsınızsa heç şübhəsiz sevdiyiniz və sevildiyinizi hiss etdiyiniz adam və vəziyyətləri həyatınızda yaradarsınız.
Amma gəlin görün ki bu iki enerji başda müdhiş bir güclə bir-birlərini çəkdikdən sonra, birdən yenə eyni güclə itələməyə başlar sizi. Yəni həyatı qorxularla, etibarsızlıqlarla keçmiş olan və bu səbəblə həyata və insanlara güvənməyən biri, ürəyi şərtsiz sevgiylə dolu, qorxularından təmizlənmiş, daxili dincliyi yaxalamış birinə aşiq ola bilir. Ən birinci bu çəkiliş iki tərəfi inanılmaz təsir edə bilir. "budur həyatımın sevgisi" deyə içinizdən qışqırmaq gələr bəzən. Ancaq qısa bir müddət sonra bu duyğular yerini birdən məyusluqlara buraxa bilir. Yəni bəzən "sevgi" və "qorxu" bir arada sığına bilmir.
Əgər bu şəkildə başlayan və sonlanan bir əlaqəniz varsa, bu anda ya da keçmişdə, kədərlənməyin, hirslənməyin, bunu dərd etməyin, "harada səhv edirəm? " deməyin və ən əhəmiyyətlisi də özünüzü ya da qarşınızdakı insanı günahlandırmayın. Çünki artıq cavabı bilirsiniz. Əgər siz hələ Tanrıya, kainata, həyata, insanlara güvənmir və həyatdan qorxursunuzsa bunu dəyişdirməniz asandır. Siz sadəcə istəyin. Qorxularınıza səbəb olan kodlaşdırmaları, qeydləri fərq edib dəyişdirdiyinizdə qısa zamanda siz də sevgi enerjisi yaymağa başlayacaqsınız. Və yalnız bu enerjinizi dəyişdirməklə qalmayacaq, eyni zamanda da eyni gözəl enerjiləri həyatınıza da çəkə biləcəksiniz.
Digər yandan, qorxularıyla yaşamağa davam etmək istəyən insanların bu seçkilərinə də hörmət etmək lazımdır. Çünki təkamül səfərində bu duyğunu hələ təcrübə etmək istəyən insanların azad seçkilərinə müdaxilə edilməməlidir.
O halda; qorxularla əhatə edilmiş bir həyatmı, yoxsa şərtsiz sevgilərlə dolu azad bir həyatmı?
Seçki hər zamanki kimi sizindir.

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri